“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı
Tarix: 20.11.2018 | Saat: 13:36:00 | E-mail | Çapa göndər


Özbəkistanın tarixi və qədim mədəniyyət mərkəzlərindən olan Səmərqənd şəhərində "Səmərqənd Poeziya Axşamları" Türkdilli Gənclər Konfransı baş tutub. Palitra-ın verdiyi xəbərə görə, 3 gün davam edən konfranda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə ilə yanaşı tədbirə ev sahibliyi edən Özbəkistanın da şairləri qatılıb. Azərbaycanı tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Azərbaycan Yazıçılar Birliyinin üzvləri – Tural Turan və İntiqam Yaşar təmsil edib. İştirakçılar müxtəlif formatlı tədbirlərdə, şeir müsabiqələrində yaradıcılıq nümunələrini öz ana dillərində ifa ediblər. Özbəkistan Dövlət Televiziyası ilə yanaşı, ölkənin digər telekanalları da tədbiri geniş şəkildə işıqlandırıb. Tədbirin təşkilatçısı Mehrinoz Abbasova bildirib ki, bir millət 6 dövlət amalı ilə keçirilən bu konfrans türksoylu ölkələrin ədəbi əlaqələrinin bundan sonrakı inkişafında yeni bir mərhələ olacaq. İştirakçılar üç gün ərzində iştirakçılar qardaş ölkənin ədəbiyyat sahəsində son bir ildə gördüyü işlərlə tanış olublar. Özbəkistan Yazıçılar Birliyində konfrans iştirakçıları və Özbəkistanın gənc şairləri ilə görüş təşkil edilib. İştirakçılar Səmərqəndlə yanaşı, paytaxt Daşkəndin gəzməli-görməli yerlərini, tarixi abidələrini ziyarət etmək imkanı əldə ediblər. Konfrans nümayəndələri İmam Buxari türbəsi, Əmir Teymurun Məqbərəsi, Registan kompleksi ilə tanışlığın onların yaradıcılığında yeni Özbəkistan səhifəsi açdığını söyləyiblər. Konfransın sonunda iştirakçılara xatirə hədiyyələri və diplomlar təqdim olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info