Qətərdə regionun ultramüasir klinikası açılıb
Tarix: 20.11.2018 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Dohada “Sidra Medicine” – bütün dünya üçün unikal olan, qadınlar və uşaqlar üçün nəzərdə tutulan tam müasir klinikanın rəsmi açılış mərasimi keçirilib.
Ultramüasir və innovativ klinikanın dizaynını məşhur memar Pelli Klark layihələndirib. Sözügedən tibb müəssisəsinin ştatına 85 ölkədən olan 4 000 yüksək ixtisaslı əməkdaş daxildir ki, əməkdaşların hamısını bir məqsəd birləşdirir – qadınlara, uşaqlara və yeniyetmələrə yüksək keyfiyyətli xidmətlər göstərmək.
Yeni klinika ambulator və stasionar müalicə çərçivəsində 500-dən çox istiqamət üzrə xidmət təklif edir. “Sidra Medicine”də palataların ümumi sayı 400-ə çatır. İntraəməliyyat MRT-si və robotlaşdırılmış əməliyyat sistemləri də daxil olmaqla aparıcı texnologiyalar sayəsində “Sidra Medecine”nin mütəxəssisləri xəstəliyin hətta yüksək risk və ağırlaşması hallarında müəlicəyə fokuslanır. “Sidra Medicine” komandasına pediatriyanın kardiologiya, nevrologiya, urologiya, plastiki və üz-çənə cərrahiyyəsi istiqamətləri üzrə mütəxəssislər daxildir.
Klinikanın rəsmi açılış mərasimində Qətərin sabiq əmiri Əlahəzrət Şeyx Həmad bin Xəlifə əl Tani və Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondunun (“Qatar Foundation”) rəhbəri Şeyxa Moza bint Naser əl-Misned iştirak ediblər.
“Tibb sahəsində yeni dövrün başlanğıcının rəmzi sayılan və bu sahənin innovasiya və texnologiyalar lideri olan “Sidra Medicine” tədqiqat mərkəzi qismində Qətərin səhiyyə sisteminin keyfiyyətli bir səviyyəyə keçməsinə təkan verib. “Sidra Medicine” klinikasının imkanlarına xüsusilə Kardiologiya şöbəsində” robotlaşdırılmış cərrahiyyə əməliyyatlarının, həmçinin, şəkərli diabet, ürək-damar və digər ciddi xəstəliklər üzrə tədqiqatlar aparılması daxildir. Bundan başqa, “Sidra Medicine” Qətərin Genom Proqramı (“Qatar Genome Project”) ilə birgə Qətərin milli genom bazasının yaradılması istiqamətində işlər aparır ki, bu baza mütəxəsisslərə xəstəliyin strukturunu daha yüksək səviyyədə anlamağa imkan verəcək bilik mübadiləsini asanlaşdıracaq”, - deyə Şeyxa Moza bint Naser əl-Misned bildirib.
Regionun ən iddialı layihələrindən olan “Sidra Medicine” klinikası Qətər və digər ölkənin pasiyentlərinə yüksək səviyyəli xidmətlər göstərən unikal bir tibb və tədqiqat mərkəzinin yaradılması və inkişaf etdirilməsi məcrasında Şeyxa Moza bint Naser əl-Misnedin baxışını nümayiş etdirir. Yeni klinika əhalinin artan tələbatını ödəyərək əvvəllər həm ölkədə, həm də bütün regionda əlçatmaz olan pediatriya xidmətləri göstərir.
“Sidra Medicine” pasiyentlərin müəlicələrinin nəticələrini yaxşılaşdıra biləcək biotibbi və kliniki tədqiqatların aparılmasına əhəmiyyətli investisiya yatırır. Bura Qətərin Genom Proqramı ilə əməkdaşlıq da daxildir. Bu iddialı demoqrafik layihə Qətərin populyasiyası haqqında genomun və molekulyar məlumatların mənşəyinin ardıcıllığı üçün nəzərdə tutulub. Alınan məlumatlar gələcəkdə fərdiləşdirilmiş tibbə keçid üzrə yol xəritəsinin hazırlanması üçün milli elektron tibb sisteminə daxil edilir.
“Sidra Medicine”in prioritet tədqiqatları sırasında Qətərdə uşaqlarda şəkərli diabetin biokimyəvi və molekulyar diaqnostikanın müəyyənləşdidilməsi məqsədilə təfsilatlı epidemioloji məlumatların yığılmasıdır. Hazırda “Sidra Medicine”də hər bir uşağın müalicəsinin adaptasiyası məqsədilə uşaqlarda şəkərli diabetin yaranma səbəblərini göstərən dəqiq məlumat bazasının yaradılması üzrə işlər aparılır.
Yüksək keyfiyyətli tibb xidmətlərinin göstərilməsi və tədqiqatların aparılması ilə yanaşı “Sidra Medicine” Qətərin səhiyyə sistemində təcrübə və potensialı artırır. Tibb sahəsində milli istedadların inkişafı strategiyası ilə yanaşı “Sidra Medicine” burada praktikada olan gələcəyin həkimlərinə pediatriya və ginekologiya sahələrində öz peşəkarlıqlarını artırmağa imkan verəcək xüsusi bir təhsil təcrübəsi təklif edir.
«“Sidra Medicine” – bütün dünyanın uşaq və qadınlarını müalicə etmək üçün yeni unikal imkanlardır. Biz yüksək keyfiyyətli tibb xidmətlərinə ehtiyacı olan Azərbaycan pasiyentlərinə yardım etməyə şad olardıq. Klinikamızda siz dünyaca məşhur pediatriya peşəkarlarından məsləhətlər və yeni texnologiyalar sayəsində lazımi müalicəni alacaqsınız. Biz ən mürəkkəb belə məsələlərin öhdəsindən gəlməyə hazırıq, axı uşağa yardım göstərmək hər bir həkimin müqəddəs borcudur», - deyə klinikanın baş həkimi, professor Ziyad Hicazi bildirib.
Qeyd edək ki, “Sidra Medicine”də ambulator xidmətlər 2016-cı ilin may ayından, stasionar müalicə isə 2018-ci ilin yanvar ayından etibarən göstərilir.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
İrana qarşı yeni sanksiya dalğası
25.06.2019
AŞPA Rusiyanın təşkilata qayıtmasına səs verib
25.06.2019
ABŞ İranın ali dini liderinə qarşı sanskiyalar tətbiq edib
25.06.2019
Kaliforniyada atışma baş verib, ölənlər var
25.06.2019
Mövlud Çavuşoğlunun S-400-lərlə əlaqədar açıqlaması

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


25.06 22:21 Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr“ mövzusunda regional konfransda səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb. Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur. Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır. Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir: “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik“. Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur. İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: “ Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır“. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib: “Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir“.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info