Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
Tarix: 20.11.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Oğlum Pərviz Şirinbəyov 1993-cü ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Onunla bərabər digər üç qardaşı da Vətənimizin müdafiəsi uğrunda silaha sarılmışdı. Əlbəttə hər bir ana üçün oğul itkisinə dözmək çətindir. Şəhid ailələri dövlətimizin diqqət və qayğısına sığınır. Prezident İlham Əliyevin şəhid ailələrinə və bu kateqoriyadan olan digər şəxslərə göstərdiyi diqqətə görə minnətdarlığını bildirirəm. 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba rayonunun Birinci Nügədi kəndinə yaşayan şəhid anası Qalina Şirinbəyova söyləyib.
Şəhid anası həmin vəsaitin artıq hesabına köçürüldüyünü, birdəfəlik ödəmələrin verilməsinin Azərbaycan Prezidentinin humanist siyasətinin bariz nümunəsi olduğunu bildirib.
“Şəhidlər qanlı döyüşlərə atılanda hər hansı maddiyyat haqqında düşünməyiblər. Onlar Vətənlərini azğın düşməndən müdafiə etmək üçün canlarından keçiblər. Şəhidlər, o cümlədən oğlum Pərviz xalqımızın yaddaşında daim yaşayacaq. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsi dövlətimizin bizə qayğısıdır. Bununla yanaşı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlər tikilir, onların problemlərinin həllinə həssaslıqla yanaşılır. Mən düşmən tapdağı altında olan torpaqlarımızın Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad olunacağına inanıram”, - deyə Q.Şirinbəyova bildirib.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info