“Ermənistanda çörək və süd məhsullarının qiyməti bahalaşacaq”
Tarix: 09.07.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


İyulun 7-dən etibarən Ermənistanda istehlakçılar qazın dəyərini yeni qiymətlə ödəyəcək. Belə ki, qazın qiymətinin bahalaşması nəticəsində istehlakçılar 1 kubmetr qaz üçün əvvəlki kimi 132 dram deyil, 156 dram ödəyəcəklər.
Bu haqda məlumat yayan «Birinci İnformasiya» agentliyi qeyd edir ki, qaz və digər enerji daşıyıcılarının qiymətinin artması ən vacib istehlak mallarının, minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətinin də artmasına səbəb olacaq:
«Qazın və digər enerji daşıyıcılarının qiymətinin bahalaşması ilk növbədə çörək və süd məhsullarının qiymətinin artmasına səbəb olacaq. Bir sözlə istehsalında qazdan istifadə olunan bütün məhsulların qiyməti artacaq. «İstehlakçılar birliyi»nin rəhbəri Armen Poqosyanın hesablamalarına görə, qazın qiymətinin artması nəticəsində sadə vətəndaşların həyatı təxminən 10-20 faiz bahalaşacaq». Xəbərdə qeyd edilir ki, hələlik çörək və süd istehsal edən müəssisələr dükanlara məhsullarını köhnə qiymətlə verirlər. Yəqin ki, növbəti ay üçün məhsullar dükanlara artıq baha qiymətə təqdim ediləcək. Agentliyin məlumatında qeyd edilir ki, buna baxmayaraq artıq bazarlarda ərzaq məhsullarının qiyməti bahalaşmağa başlayıb. Alıcılar bazardan aldıqları çörəyin qiymətinin bazar ertəsindən etibarən 20 dram bahalaşdığını bildirirlər. Əvvəllər 150 drama satılan çörək indi 170 dramadır: «Hələlik çörək istehsalçılarının hamısı qiyməti artırmayıb. Amma istehsalçılar bildirirlər ki, qazın qimətinin artmasından sonra onların da xərci artacaq. Gəlirlərini saxlamaq üçün onlar istehsal etdikləri məhsulun qiymətini artırmağa məcburdurlar. İstisna deyil ki, bu vəziyyətdən istifadə edən istehsalçılar qiymətləri çox bahalaşdırsınlar. Bundan isə ən çox yoxsul əhali əziyyət çəkəcək».
Anar




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info