Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
Tarix: 20.11.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Gürcüstanın Baş prokurorluğunda Mixeil Saakaşvili dövründə hakimiyyətdə yüksək vəzifə tutmuş 159 nəfərə qarşı cinayət işi açılıb. Baş prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, M.Saakaşvilinin hakimiyyətdə olduğu vaxtlarda müxtəlif cinayətlər törətmiş və cinayətlərdə iştirak etmiş yüksək vəzifəli 159 nəfər barəsində cinayət işi başlayıb. Onların sırasında sabiq prezident Mixeil Saakaşvili, sabiq daxili işlər naziri Vano Merabişvili, sabiq ədliyyə naziri Zurab Adeişvili, Tbilisinin keçmiş meri Qiqi Uqulava, sabiq müdafiə naziri Baço Axalaya və başqaları var. M.Saakaşviliyə qarşı 4, Baçane Axalayaya qarşı 4, Vano Merabişviliyə qarşı 5 cinayət işi açılıb. Siyasi ekspertlərin sözlərinə görə, hakimiyyətin bu faktları bəyan etməsi siyasi motivlərlə əlaqəlidir. Hakimiyyət prezident seçkilərinin ikinci turu öncəsi bu faktları açmaqla seçiciləri müxalifətin namizədinə səs verməkdən çəkindirməyə çalışır. Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib ki, prezident seçkiləri ilə əlaqədar hər hansı bir qanun pozuntusu və ya səhvə qarşı sərt cəza tədbirləri görüləcək. Onun sözlərinə görə, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının 2012-ci ildə hakimiyyətə gəlişindən sonra bütün seçkilər demokratik, azad, şəffaf, yüksək standartlara uyğun keçirilib: “Prezident seçkilərinin ikinci turu da yüksək standartlara uyğun, demokratik, azad və şəffaf keçiriləcək. Hər hansı qanun pozuntusuna qarşı ciddi tədbirlər görüləcək”.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info