İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
Tarix: 20.11.2018 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol qəzaları qurbanlarının anım günü ilə bağlı əhaliyə müraciət edib. BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, BMT-nin qərarı ilə hər il noyabrın sonuncudan əvvəlki bazar günü ümumdünya yol qəzaları qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix noyabrın 18-nə düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi bildirib ki, hər il yol qəzalarında 1 milyondan artıq insan həlak olur. Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, ötən ilin on ayı ərzində respublika üzrə 1499 hadisə nəticəsində 618 nəfər həlak olub, 1406 nəfər isə xəsarət alıb. Bu ilin ayı ərzində isə 1432 yol-nəqliyyat hadisəsi nəticəsində 585 nəfər həlak olub, 1383 nəfər yaralanıb. Beləliklə, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb.
“DYP olaraq bildiririk ki, bu rəqəmlər də çoxdur və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir. Respublika ərazisində xidmət aparan yol polisi əməkdaşlarının bilik və bacarıqları, hadisələrə çevik reaksiyaları, vətəndaş-polis münasibətinin xüsusi texniki vasitələrin köməyi ilə minimuma endirilməsi müsbət nəticələr verməkdədir. Ancaq təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da ağır qəzalara səbəb olur.
Qeyd etmək lazımdır ki, baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir. Bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir. Bu ilin on ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb. Piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb.
Yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır. Təəssüf ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkarlanır. Burada sürət həddinin aşılması çoxluq təşkil edir. Yol polisi ümumilikdə yol qəzaları qurbanlarının xatirəsini dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğun mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol-nəqliyyat hadisəsi əsl faciədir”, - deyə DYP nümayəndəsi bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
20.06.2019
“Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb
20.06.2019
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
20.06.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəran və Lerikdə vətəndaşları qəbul edib
20.06.2019
1 milyon nəfər video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
5 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info