DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
Tarix: 20.11.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Noyabrın 20-də Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, ölkə başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılmış "e-sosial" internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimatı olub. Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin səfirliklərinin, elm-təhsil qurumlarının, QHT-lərin, biznes strukturlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov tədbirdə çıxış edərək ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini bildirib. O, ötən dövr ərzində bu istiqamətdə nəzərəçarpan irəliləyişlər olduğunu qeyd edib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatlardan danışan Əli Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının ölkə başçısının sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib.
Nazir qeyd edib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edən "e-sosial" internet portalı da yaradılıb. Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub.




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Səyyar “ASAN xidmət” davam edir
15.12.2018
Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
14.12.2018
Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində struktur islahatı aparılıb
14.12.2018
İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu
13.12.2018
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info