Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
Tarix: 20.11.2018 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Parlament üzvü Fedor Qaqauz: “Prezidentin səlahiyyətlərinin artırılması və ona verdiyi vədləri yerinə yetirməsinə imkan yaradılması normal haldır. Mitinqlərə gələnlər faktiki olaraq idarəçiliyin dəyişməsinin istəyirlər”


Kişinyovda keçirilən çoxminli mitinqlərə qatılanlar prezident seçdikləri İqor Dodonun səlahiyyətinin artırılmasını tələb edirlər. Mitinq iştirakçıları hesab edirlər ki, Moldova parlament respublikasından prezident respublikasına çevrilməli və dövlət başçısının səlahiyyətləri artırılmalıdır. Ancaq bu halda İqor Dodon xalqa verdiyi vədlərini yerinə yetirə bilər. Dodonun əsas vədləri sırasında ölkənin Rusiya ilə strateji müttəfiqliyinin bərpa edilməsi, Avrasiya İqtisadi İttifaqına inteqrasiya kimi məsələlər var. Moldova parlamentinin üzvü olan Fedor Qaqauz “Nezavisimaya qazeta”ya açıqlamasında deyib ki, sosialistlər ölkənin idarəçilik sistemini dəyişməkdə qərarlıdırlar. Faktiki olaraq Moldovada parlament seçkilərinə start verilib. Sosialistlər partiyası mitinqlərə start verərək seçkilərə ciddi hazırlaşdıqlarının mesajını veriblər. Həmin mitinqlərdə proqram xarakterli qətnamə də qəbul edilib. Dodonun rəhbərlik etdiyi sosialistlər bütün sahələrdə Rusiya ilə strateji münasibətlərin bərpa edilməsinin əsas hədəfləri sırasına daxil ediblər. Partiya hesab edir ki, ölkə neytrallığını qorumalı və bununla da NATO-ya üzvlük ideyasından vaz keçməlidir. Partiyanın əsas istəklərindən biri də ölkənin 2000-ci ilə qədər olan kimi - prezident respublikasına qaytarmaqdır. Xatırladaq ki, İqor Dodon parlamentdə deyil, ümumxalq səsverməsində dövlət başçısı seçilib. Amma sonradan parlament idarəçiliyinə keçildiyindən onun səlahiyyətləri xeyli azaldı. Bu isə ona seçki zamanı verdiyi vədləri yerinə yetirməyə imkan vermir. Bundan başqa, Konstitusiya Məhkəməsi kritik zamanlarda Dodonu prezident səlahiyyətlərindən məhrum edərək onun əvəzinə parlament spikerinin qərar qəbul etməsini təmin edir. Moldovada keçirilən sorğuların nəticələri göstərir ki, xalq tərəfindən dəstəklənən və yüksək reytinqi olan Dodon yox, təxminən 7 faiz civarında dəstəyi olan hökumət əsas söz sahibidir. Moldova parlamentinin üzvü Fedor Qaqauz hesab edir ki, prezidentin səlahiyyətlərinin artırılması və ona verdiyi vədləri yerinə yetirməsinə imkan yaradılması normal haldır: “Mitinqlərə gələnlər faktiki olaraq idarəçiliyin dəyişməsinin istəyir. Prezident, qətnamədə qeyd edildiyi kimi, icra hakimiyyətini və hökuməti formalaşdırmalıdır. İqor Dodonun həll edəcəyi əsas məsələlərdən biri də ölkənin birləşdirilməsidir və prezident bununla ciddi şəkildə məşğuldur”. Sosialistlərin mitinqlərində qəbul edilən qətnamədə qeyd edilir ki, Dnestryanı məsələsinin həllinə bölgə rəhbərliyinin və xarici təminatçıların yardımı ilə nail olunacaq. Eyni zamanda ölkənin Rumıniya ilə birləşməsinin tərəfdarlarının fəaliyyətinin qadağan olunacağı da qətnamədə əksini tapıb. Mənbə göstərilməsə də, qətnamədə maaşların, pensiyaların artırılması, səhiyyənin pulsuz olması ilə bağlı vədlər də yer alıb. Politoloq Arkadiy Barbarişie hesab edir ki, sosialistlər parlamentə çoxlu yer qazana biləcəklər. Amma onların parlament çoxluğuna nail olunacağı inandırıcı deyil: “Digər sahədə milyonçu-mer İlan Şor var. O, rəhbərlik etdiyi Orqeev şəhərinlə qayda-qanun yaradıb, pulsuz yeməkxanalar, sosial dükanlar açıb. O, sosial proqramını digər regionlarda da yayaraq xeyli səs qazana bilər. Demokratlar Partiyasının lideri, milyarder Vladimir Plaxotnyuk həm hökumətə, həm də parlamentə nəzarət edir. Avropa İttifaqı onu tənqid etsə də ABŞ tərəfindən dəstəklənir”. Ekspert hesab edir ki, milyarderin Dodon üzərində də təsiri var. Amma Dodon bu informasiyanı təkzib edir. Politoloq Arkadiy Barbarişie qeyd edib ki, sosialistlər parlament çoxluğunu əldə edə bilməsə, koalisiya variantı ortaya çıxacaq. Dodonun partiyasının kiminlə ittifaq quracağı hələ bəlli deyil.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Məsələ benzinin qiyməti deyil, fransızlar Makrondan narazıdırlar”
11.12.2018
«ArmenianReport»: “Zatulin artıq erməni xalqının dostu deyil”
11.12.2018
Seçkilər Paşinyanın tərəfdarları arasında düşmənçilik yaradıb
11.12.2018
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib
11.12.2018
Məcburi cəcverməyə təhrik edilənlər...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info