Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
Tarix: 20.11.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Artak Markosyan: “Ermənistan uçurumun kənarında dayanıb”

“Bu gün bizim müttəfiqlərimiz - Putin Türkiyədə “əleyhimizə olan bəyanatlar” verir, Lukaşenko isə Azərbaycanı yeni silahlarla təmin edəcəyi ilə bağlı müqavilə imzalayır”. Bu fikirlər Ermənistanın “Lragir.am” saytında yer alan məqalədə qeyd edilib. Bu iki hadisə Ermənistanda böyük rezonans doğurub. Ermənilər eyni gündə olan bu hadisələrdən bərk qıcıqlanıblar. Bunun səbəbi Türkiyə və Azərbaycanın artan geosiyasi çəkisidir. Putinin Ankarada “Türk axını” qaz kəmərinin bir hissəsinin tamamlanması ilə bağlı mərasimdə dediyi sözlərə diqqət edək: “Türk axını” Türkiyənin, ümumiyyətlə, bütün Qara dəniz bölgəsinin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm amil olacaq”. Ermənilər Putinin Ankarada verdiyi bəyanatı həzm edə bilmirlər. Daha sonra Belarus və Azərbaycan rəhbərlərinin görüşünə yer ayıran erməni saytı yazır: “…İki liderin danışıqlarından sonra Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi və Azərbaycan Müdafiə Nazirliyi arasında silah və havadan müdafiə avadanlığı təchizatında ikitərəfli əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Bu memorandum qısa müddətdə Belarusdan növbəti hərbi texnikanın alınması üçün müqavilə halına gətiriləcək”. Erməni mediası Belarus rəhbərinin görüş zamanı dediyi “Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaş olub və olaraq qalır. Biz bu dostluğu yüksək qiymətləndiririk və Azərbaycanın maraqlarını Avropada təşviq etmək üçün səmimi və açıq şəkildə kömək etməyə hazırıq” fikirlərini ermənilərə qarşı “düşmənçilik” kimi dəyərləndirir. Şübhəsiz ki, ermənilər özləri düşdükləri rəzil vəziyyətin səbəbkarı olsalar da, günahı başqalarında axtarırlar. Hələ 5-ci əsrdə erməni tarixinin atası sayılan Movses Xorenasi öz qəbilədaşlarını “yekəxanalıqda, həqiqəti inkar etməyi xoşlamaqda” ittiham edirdi. Ermənilər heç dəyişməyiblər. Amma Ermənistanın ağır vəziyyətdə olduğunu, az da olsa, anlayanlar var. Məsələn, “1in.am” saytına danışan erməni demoqraf Artak Markosyan Ermənistanın uçurumun kənarında dayandığını etiraf etmək məcburiyyətində qalıb. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın qarşıdakı 20 il ərzində Ermənistan əhalisinin sayının ikiqat artacağı ilə bağlı bəyanatına münasibət bildirən Markosyan deyib: “Bu gün Ermənistan dünyanın monoetnik ölkələrindən biridir. Yəni Ermənistan əhalisinin 98 faizindən çoxu ermənidir. Əgər xarici millətlər hesabına demoqrafik problemlərimizi həll etmək istəyiriksə, buna hazır olmalıyıq (?). Bəli, bu gün biz demoqrafik uçurumun kənarında yaşayırıq və yaxın gələcəkdə əhalimizin sayı artmasa, suverenliyimiz təhlükə altına düşəcək. Bu gün qonşu ölkələr olan Gürcüstandan başqa, Türkiyə, İran və Azərbaycanın əhalisi artmaqdadır. Yalnız Türkiyə və İran əhalisinin sayı təbii artım sayəsində hər il 800-900 min artır. Azərbaycanda da vəziyyət bizimlə müqayisədə olduqca yaxşıdır”. Ermənistanın demoqrafik problemlərinin həll edilmədiyini deyən erməni demoqraf etiraf edir ki, bu gün ölkədə ciddi depopulyasiya (əhalinin azalması) baş verir: “Doğrudur, ölkədəki köç nisbətində bəzi səngimələr olsa da, bu, hələ məsələnin həlli deyil. Bundan başqa, əhali arasında ölüm hələ də doğumu üstələyir. Məsələn, 2018-ci ilin ilk 9 ayında Tavuş və Lori rayonlarında ölümlərin sayı doğuş sayından çox olub. Bu mənfi tendensiyanı neytrallaşdırmaq vacibdir. Ölkədə mənfi demoqrafik proseslərə təsir göstərə biləcək siyasət həyata keçirilməlidir. Təəssüf ki, biz bunu görmürük və ölkədə vəziyyət çox ağırdır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif
16.06.2019
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info