Azərbaycanın dünyada 70-dən artıq diplomatik missiyası fəaliyyət göstərir
Tarix: 09.07.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


İyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 94-cü ili tamam olur. Məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur.
Prezidentin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib. Xarici İşlər Nazirliyinin əməkdaşları peşə bayramları münasibətilə Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlamasında bildirib ki, bu gün dünyada Azərbaycanın 70-dən artıq diplomatik missiyası fəaliyyət göstərir. Azərbaycan 2012-2013-cü illərdə Braziliya, Avstraliya və Vyetnamda yeni diplomatik missiyalar açıb. Yaxın zamanlarda Azərbaycanın daha bir neçə ölkədə diplomatik nümayəndəliklərinin açılması planlaşdırılır. “Bu gün Azərbaycan diplomatiyasının əsas hədəfi ölkəmizi dünyada layiqincə təmsil etməkdir. Hələ 20 il əvvəl çoxları Azərbaycanın harada yerləşdiyini bilmirdi, bu gün isə ölkəmiz beynəlxalq arenada, o cümlədən müxtəlif beynəlxalq təşkilatlarda aktiv rol oynayır. Bu işdə Azərbaycan diplomatlarının rolu böyükdür”. Elman Abdullayev qeyd edib ki, Azərbaycan öz diplomatik missiyalarının coğrafiyasını genişləndirmək işini davam etdirəcək: “Azərbaycan regionda yeni diplomatik nümayəndələrin açılmasına görə ən yüksək dinamikaya malikdir. Hələ 8-9 il əvvəl Azərbaycanın cəmi 25-30 diplomatik missiyası vardı, indi isə bunların sayı 70-dən çoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik”. XİN rəsmisi həmçinin qeyd edib ki, ölkəmizdə akkreditə olunan xarici diplomatik missiyaların sayı ilbəil artmaqdadır: “Bu isə ölkəmizə olan marağın göstəricisidir. Hazırda Azərbaycanda 60-dan artıq xarici diplomatik missiya fəaliyyət göstərir”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info