Azərbaycanlı musiqiçi Nyu Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib
Tarix: 21.11.2018 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci “Florida keys” beynəlxalq musiqi yarışmasında ölkəmizi təmsil edib.
İdarədən Trend-ə verilən məlumata görə, müsabiqədə C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin vokal ixtisası üzrə X sinif şagirdi Məmmədov Məhəmməd Rəşad oğlu və “Renesans” xoru öz nominasiyaları üzrə birinci yerə layiq görülüblər. Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və qala-konsert noyabrın 17-də “Carnegie Hall”da baş tutub. Qala konsertdə bu möhtəşəm səhnədə M.Məmmədov Azərbaycanı layiqincə təmsil edib.
Həmçinin, müsabiqədə iştirak edən ölkələrdən 16-sı (Amerika, Almaniya, Ukrayna, İsrail, Cin, Finlandiya, Türkiyə, Koreya, Rusiya, İsveçrə, Tacikistan və.s) müxtəlif nominasiyalarda qalib olublar. Qaliblərə pul mükafatları, Azərbaycan kəlağayıları və milli suvenirlər hədiyyə edilib, müsabiqənin laureatları isə Vyana şəhərində ustad dərslərində və “Mozart’s House”da konsertdə iştirak etmək imkanı əldə ediblər.
Müsabiqənin təşkilatçısı bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyilə keçirilib.
Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Qeyd edək ki, müsabiqəyə bu ilin əvvəlində start verilib, musiqiçilər iştirak üçün öz çıxışlarını onlayn təqdim ediblər. Ümumilikdə müsabiqəyə 15 ölkədən və ABŞ-ın 5 ştatından 70-ə yaxın iştirakçı qatılıb. Onlardan 5-23 yaş arası iştirakçılar forte-piano və simli alətlər, 5-32 yaş arası iştirakçılar isə ansambl və vokal nominasiyaları üzrə yarışıblar.




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
Portuqaliya klassik musiqisi ilə muğamın sintezi
15.12.2018
Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info