Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
Tarix: 21.11.2018 | Saat: 09:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir.
Trend-in məlumatına görə, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib.
Sənəd layihəsində yalnız qız övladı olan ailələr üçün onlara dəstək verəcək proqramların yaradılması və icra edilməsi təklif edilir.
Eyni zamanda, qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi kimi) verilməlidir.
Layihəyə görə, bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə açıqlamasında qız uşaqlarının doğulması üçün ailələrə xüsusi stimullaşdırıcı yardımların verilməsini düzgün saymır.
Sədr müavini bunun üçün insanların şüurlarının dəyişməsini vacib hesab edir:
"Əgər bu gün "Ailəyə dəstək daha çox qız, yoxsa oğlan tərəfindən gəlir?" deyə bir təhlil aparılsa, inanıram ki, üstünlük qız övladlarına veriləcək. Bu gün qızlar ata-anasına daha çox dəstək verirlər, nəinki oğlanlar. Qız uşaqlarını saxlamaq üçün ailəyə pul, yaxud başqa yardım edilsə, daha çox qız uşaqlarının doğulmasına meyil yaranacaq".
S.Qəhrəmanovanın fikrincə, belə yardımların edilməsindənsə, ailələr üçün dəstək proqramlarının genişləndirilməsi daha faydalı olar:
"Azərbaycanda ailələrə özünüməşğulluğun təmin edilməsi üçün vəsait verilir. Bu vəsait ailəyə öz biznesinə başlamağa yadım edir. Bunu inkişaf etdirmək lazımdır. Biz komitə olaraq, belə məsələlərlə də rastlaşırıq ki, hansısa bir kənddən qız uşağı ali məktəbə qəbul olunur, ailənin isə ona maddi dəstək verməyə imkanı çatmır. Məsələn, Qaxın kəndlərindən birində yüksək balla ali məktəbə qəbul olunan qızın təhsil almaq imkanı yox idi. Komitənin müraciətindən sonra onun qəbul olunduğu universitet qıza dəstək verdi və qız təhsilini davam etdirə bildi. Qız uşaqlarının inkişafı üçün müvafiq orqanlar tərəfindən onlara belə dəstəklər göstərilməlidir".
Xatırladaq ki, 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Bioloji normaya görə, hər 100 yenidoğulan qıza 105-106 oğlan uşağı düşməli olsa da, Azərbaycanda bu göstərici (2017-ci ildə) 114 olub.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info