BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıb
Tarix: 21.11.2018 | Saat: 10:24:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri – Ali Məktəbə 690 və 695 balla daxil olmuş Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın Petronas şirkətinin təqaüdünü əldə ediblər.
BANM-dan Trend-ə verilən məlumata görə, tələbələr Malayziyanın Petronas Texniki Universitetində Petronas şirkətinin hesabına təhsil alacaq, təhsil haqqı, yataqxana və hər ay ehtiyyaclarını ödəmək üçün təqaüdlə təmin olunacaqlar. Ali Məktəbin tələbələri Petronas şirkəti tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçdikdən sonra təqaüdə layiq görülüblər.
Bu münasibətlə Ali Məktəbin rektoru Elmar Qasımov tələbələr və onların valideynlərilə görüşüb. Rektor bacarıqlı və bilikli tələbələrilə fəxr etdiyini deyib və onları əldə etdiyi bu böyük nailiyyət münasibətilə təbrik edib.
Valideynlər öz növbəsində rektora BANM-da onların övladları, eləcə də bütün tələbələr üçün yaradılmış şəraitə və keyfiyyətli təhsilə görə təşəkkür ediblər. Valideyn Qalib Şahbalayev bildirib ki, oğlu BANM-da tədris aldığı bir ildə ingilis dilini mükəmməl mənimsəyib və güclü İKT biliklərinə yiyələnib. Məhz bunun nəticəsidir ki, bu gün o imtahan və xüsusi müsabiqədə qalib gələrək Malayziyada təhsil almaq üçün təqaüd qazanıb.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edir. Ali Məktəbin tələbələri təhsillərini şirkətin həyata keçirdiyi “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində Malayziyada davam etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir”
11.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
11.12.2018
Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək
11.12.2018
İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
10.12.2018
Rusiyalı şagirdlər ölkəmizdə keçiriləcək beynəlxalq olimpiadaya dəvət olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info