Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
Tarix: 21.11.2018 | Saat: 13:16:00 | E-mail | Çapa göndər


Noyabrın 21-də Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Görüşün gündəliyinə Əfqanıstan İslam Respublikasındakı vəziyyət, həmin ölkədə fəaliyyət göstərən terrorçu təşkilatların MDB-nin üzvü olan dövlətlərin təhlükəsizliyinə törətdiyi təhdidlər, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq, MDB məkanında bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər daxil olunmuşdu. Tədbir çərçivəsində, həmçinin informasiya və kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində təşəbbüslər, faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi və bir sıra digər məsələlərə dair məruzələr dinlənilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib, müzakirə olunan sahələr üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi barədə məlumat verib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
18.06.2019
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO
18.06.2019
Qulam İshaqzai: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir”
18.06.2019
Surət Hüseynov AXC-Müsavat hökumətini ermənilərlə əlaqədə ittiham edir
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info