“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
Tarix: 21.11.2018 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb. Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunun üst tamamlama işləri başa çatdırılıb. Bundan əlavə, “SDA04” və “SDA05” quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb. İstiqlal qazma qurğusu yatağın şərq cinahında “SDG04” və “SDG02Z” quyularını tamamlayıb. “Maersk Explorer” qurğusu da şərq cinahda “SDH02” quyusunda qazma əməliyyatlarını davam etdirir.
Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün ümumilikdə 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq cinahında isə 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info