UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlığa başlayır
Tarix: 21.11.2018 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında faydalı əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin yaradılması, biznes subyektlərinin maarifləndirilməsi olub. Sənəddə, UNEC-in elmi araşdırma mərkəzləri tərəfindən biznes üçün tədqiqat və təhlillərin aparılması barədə birgə fəaliyyət, müştərək layihələrin həyata keçirilməsi də əks olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov praktika ilə bağlı olmayan elmi araşdırmaların əhəmiyyətini itirdiyinə diqqət çəkərək, tələbələrin elmi biliklərlə yanaşı, praktiki vərdişlərə yiyələnməsinin, real bazar mühitinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib.
Rektor UNEC-də tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasına hədəflənən “UNEC2B” platformasından da söz açıb. UNEC-in dövlət və korporativ qurumlarla faydalı əməkdaşlıq qurduğunu vurğulayan Ə.Muradov bu mənada KOBİA ilə də birgə fəaliyyətin səmərəli olacağını qeyd edib. Rektor UNEC-in KOBİA-nın “beyin mərkəzi” funksiyasını yerinə yetirməsi üçün lazımi potensiala sahib olduğunu bildirib.
Tədris və təlim imkanlarına toxunan rektor, universitetdə eyni zamanda 10 min tələbəyə onlayn təhsil verməyə qadir olan “UNEC Extern” mərkəzinin fəaliyyəti barədə də danışıb. Bildirib ki, iş adamları öz müəssisəsini tərk etmədən onları maraqlandıran sahə üzrə “UNEC Extern” mərkəzinin təlimlərinə qatıla bilərlər.
KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsi, qabaqcıl dəstək modellərinin istifadə imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasında elm və tədris mərkəzləri ilə birgə fəaliyyətin vacibliyindən bəhs edib. KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş model və mexanizmlərin hazırlandığını diqqətə çatdıran O.Məmmədov, bu prosesdə UNEC-in elmi araşdırma mərkəzlərinin potensialından istifadə etməkdə maraqlı olduqlarını vurğulayıb.
Tədbirdə kiçik və orta biznes subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramları, metodiki vəsaitlərin hazırlanması, o cümlədən tələbələrin praktiki biliklərinin artırılması istiqamətində birgə fəaliyyət göstəriləcəyi də bildirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir”
11.12.2018
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”
11.12.2018
Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək
11.12.2018
İnnovasiya Müsabiqəsinin qalibi olan Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
10.12.2018
Rusiyalı şagirdlər ölkəmizdə keçiriləcək beynəlxalq olimpiadaya dəvət olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info