“Xaricdə təhsil alan məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır”
Tarix: 21.11.2018 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


“Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarla bağlı hər il yerli işəgötürənlərə, dövlət orqanlarına təkrar məlumat veririk”. Bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 558 Azərbaycan gənci nüfuzlu xarici ali məktəblərdə bütün ali təhsil səviyyələri üzrə təhsil alıblar. Onların əksəriyyəti təhsillərini başa çatdıraraq ölkəyə qayıdıblar və müxtəlif sahələrdə çalışırlar.
C.Bayramov bildirib ki, həmin məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır: "Sevindirici haldır ki, Azərbaycana qayıtmış həmin gənc məzunlar həm də ali məktəblərdə dərs deyirlər. Bu gün dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz pedaqoji akademik fəaliyyətləri ilə ali təhsilə töhfə verirlər".
Nazir Azərbaycan gənclərinin süni intellekt istiqaməti üzrə təhsil alması məsələsinə toxunaraq deyib ki, bu, hazırda bütün dünyada çox aktual mövzudur: "Bizim gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Gənc özü araşdırma apararaq, həmin təhsil proqramı haqqında məlumat toplamalıdır. Dövlət yalnız həmin proqramın maliyyələşməsinə yardım edə bilər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26.06.2019
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib (FOTO)
25.06.2019
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25.06.2019
İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu
25.06.2019
Liseylərə qəbul üzrə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info