Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
Tarix: 21.11.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Noyabrın 21-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və ötən il sentyabrın 21-də Aktauda keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilmiş razılığa əsasən təşkil olunub.
Forumun keçirilməsində məqsəd ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması üçün şəraitin yaradılmasıdır.
Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev iki ölkə arasında çoxəsrlik tarixə malik əlaqələrimizin bu gün bütün sahələrdə uğurla davam etdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin ümummilli lider Heydər Əliyevin və Nursultan Nazarbayevin misilsiz xidmətləri sayəsində hazırkı yüksək səviyyəyə çatdığını vurğulayan nazir müavini bu gün ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini deyib. Əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən gənclər sahəsində də yüksək səviyyəyə çatdırılmasının zəruriliyini vurğulayan nazir müavini deyib: “Parlaq gələcəyimizin təminatçısı olan gənclərin ictimai, siyasi, elm və digər sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində geniş fəaliyyəti üçün imkanlar yaratmaq çox vacibdir. Son illər bütün istiqamətlərdə, o cümlədən gənclər sahəsində çoxsaylı tədbirlər keçirilir. Dost və qardaş ölkələrimizin gənclər sahəsində sıx əməkdaşlığı getdikcə intensivləşir”.
Qazaxıstanın gənclər və idman nazirinin müavini Julduz Omarbekova bildirib ki, Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlər bəxş edən diyardır. Azərbaycan Qazaxıstan üçün təkcə strateji tərəfdaş deyil, həm də qardaş ölkədir. Bu baxımdan Azərbaycan-Qazaxıstan Gənclərinin Forumunun mühüm əhəmiyyət daşıdığını bildirən Julduz Omarbekova bu sahədə bir sıra tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırıb.
Açılış çıxışlarından sonra tədbir işini sessiyalarla davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
10.12.2018
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verib
10.12.2018
Bakıda bayram yarmarkalarına start verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info