Mehriban Ələkbərzadə yenidən Musiqili Teatrda
Tarix: 21.11.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşası hazırlanır. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyır. Qeyd edək ki, bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq.
“Qeyri-adi süjet xəttinə malik olan “Çarəsiz sərnişinlər” tamaşası klassik teatr üslubunda deyil, daha çox immersiv forma, sosial modifikasiya üzərində qurulan, müxtəlif elementləri özündə cəmləşdirən liderşpildir. Bütün zamanlar və insanlar üçün mübhəm məqamlar var. Ən son, kritik anda sənin içində kimlər varmış? Arxiteplər meydan sulayır. Beləliklə, insanın kimliyi ekstremal vəziyyətdə meydana çıxır. Stratiyevin bu məşhur əsəri əslində bütün dövrlər üçün müasirdir. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlanan 3 hissədən ibarət olan tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı bir vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər. Sərxoş bir sürücünün əlində əsir olmuş çarəsizlər bu “sınaq səhnəsində” hansı Arxetiplərin mücəssəməsidir? Bax, bu özünütanımadır...
“Çarəsiz sərnişinlər” musiqili tamaşadır. Burada səsləndiriləcək musiqilər kənardan müşaiyət formasında deyil. Musiqiçilər həm də obraz olaraq səhnədə qrup şəklində iştirak edəcəklər. Tamaşanın mərkəzində zamanın ritmindən çıxan, bir növ kənara düşən iştirakçı məhz, musiqi pauzasında özünü təqdim edir”-deyə M. Ələkbərzadə bildirib.
Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev (Virtuoz), Əməkdar artistlər Əzizağa Əzizov (Kəndçi), Ələkbər Əliyev (Ağılsız), Şövqi Hüseynov (Ağıllı), Əkbər Əlizadə (Məsuliyyətsiz), aktyorlar Əliməmməd Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova (Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibçisi və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Türkiyənin Ərzurum Universitetində Azərbaycana aid möhtəşəm mərasim təşkil edilib
15.06.2019
VII Muğam Televiziya Müsabiqəsinin finalı başlayıb
15.06.2019
Şanxayda 22-ci beynəlxalq film festivalı başlayır
15.06.2019
Azərbaycan rəssamlarının əsərlərinin respublika satış sərgisi açılıb
14.06.2019
“Sonsuz Dəhliz“ filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info