Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
Tarix: 21.11.2018 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır. Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu fikri Tacikistanda Roqun Su Elektrik Stansiyasının açılışına həsr edilmiş konfransda söyləyib. R. Məmmədov qeyd edib ki, bu il avqust ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradıb. Həmin səfərin yekunlarına əsasən imzalanmış bir sıra mühüm sənədlər qarşılıqlı münasibətlərin səviyyəsini daha da yüksəldib. Nazir müavini vurğulayıb ki, Tacikistanda Roqun Su Elektrik Stansiyasının açılması region ölkələrinin daha sıx inteqrasiyasında böyük rol oynayacaq və Tacikistan beynəlxalq aləmdə əməkdaşlığı genişləndirmək imkanı qazanacaq.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil də konfransda çıxış edib. O deyib ki, Tacikistanda Roqun Su Elektrik Stansiyasının işə salınması Əfqanıstanın elektrik enerjisinə tələbatını qismən təmin etməyə imkan verəcək və bu ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib ki, regionun enerji təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqı üçün də vacibdir. Bu layihə Aİ-nin Asiya ilə əməkdaşlığı baxımından çox əhəmiyyətlidir.
BMT-nin Bakı ofisinin rəhbəri Qulam İsakzai vurğulayıb ki, Tacikistanda Roqun Su Elektrik Stansiyasının işə salınması region üçün böyük əhəmiyyət kəsb edir və “CASA 1000” kimi mühüm layihələrin inkişafına şərait yaradır.
Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri tədbirdə iştirak ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info