Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq
Tarix: 21.11.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Türkmən milli xalça muzeyi ilə tanış olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu muzey Türkmənistan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur. Burada muzeylə yanaşı, “Türkmənxalı” Dövlət Birliyinin inzibati binası da var. Muzey binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur. Bu muzeydə 2 mindən çox xalça nümunəsi toplanılıb. Onların sırasında nadir eksponatlar da var. Burada miniatür xalça nümunələri ilə bərabər, əl ilə toxunan ən böyük xalça kimi Ginnesin rekordlar kitabına düşmüş ümumi sahəsi 301 kvadratmetr olan “Altın asır” xalçası da nümayiş etdirilir. Bu böyük xalça Türkmənistanın müstəqilliyini bərpa etməsinin 10 illiyi münasibətilə toxunulub. Muzeydə köhnə xalçaların bərpası da həyata keçirilir. Burada, həmçinin müxtəlif səpkili mədəni tədbirlər, sərgilər, beynəlxalq forumlar və konfranslar da təşkil olunur. Bu muzey Türkmənistanın mühüm mədəniyyət mərkəzlərindən biri hesab edilir. Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazdı.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Özümü qərib ölkədə hiss etmədim”
4 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
5 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info