Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
Tarix: 21.11.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkil etdiyi “Mənim dünyam, mənim yolum” Azərbaycan uşaqlarının sərgisində iştirak edib və təşkilatın fəaliyyəti ilə tanış olub. Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə uşaqların əl işləri ilə tanış olan nümayəndə heyəti, balaca soydaşlarımıza ölkəmiz barədə məlumatlar veriblər. Tədbirdə yalnız azərbaycanlı uşaqlar deyil, ABŞ-da yaşayan digər millətlərin də uşaqları iştirak edib, milli musiqimizin sədaları altında rəqs ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Səfər çərçivəsində Dövlət Komitəsinin şöbə müdirləri Vüqar Məmmədov və Səlhət Abbasova soydaşlarımızın təşkil etdiyi “İrsimizə atəş açmayın” filminin nümayişində iştirak ediblər. Bruklin şəhər meriyasınin binasında nümayiş olunan film Azərbaycanda çəkilib. Filmin süjet xəttini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti təşkil edir. Filmin nümayişində soydaşlarımız və çoxsaylı qonaqlar iştirak ediblər.
Nümayəndə heyəti Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan “Azərbaycan Multikulturalizmi” adlı musiqili tədbirdə də iştirak edib. Məşhur Linkoln mərkəzində keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın tolerant, çoxmillətli və mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu bildirib. Ölkəmizdə multikulturalizm ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Eyni zamanda, belə tədbirlərin müxtəlif mədəniyyətlərin və xalqların biri-birinə daha yaxından inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. Konsert proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, soydaşlarımız və xarici qonaqlar da iştirak ediblər. İki saatadək davam edən tədbirdə milli musiqi mədəniyyətimiz geniş şəkildə təqdim edilib.
Dövlət Komitəsinin nümayəndə heyətinin çox sayda soydaşımızın yaşadığı Bruklin şəhərinin meri Erik Adamsla da görüşü olub. Şəhər meriyasında keçirilən görüşdə Erik Adams Bruklində yaşayan azərbaycanlılar və ölkəmizlə bağlı fikirlərini bölüşüb, soydaşlarımızın Amerikada fəal həyat sürdüyünü qeyd edib. Komitə sədri Fuad Muradov ölkəmiz və diaspor təşkilatları haqqında fikirlərini bölüşüb. O, şəhər merini Azərbaycana səfərə dəvət edib. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Müxalifətin təfəkkür tərzi niyə dəyişmir?
17.12.2018
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17.12.2018
“Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir”
17.12.2018
“10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq”
17.12.2018
“Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info