“Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib”
Tarix: 21.11.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib. İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Məclis Aparatından verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb.
İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TÜRKPA-nın onillik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.
Konfransın açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun və Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverinin çıxışları dinlənilib.
Türkdilli xalqları bir-birinə bağlayan dəyərləri böyük mənəvi sərvət kimi qiymətləndirən parlamentin sədri məmnunluqla qeyd edib ki, müstəqil dövlətlərimiz bütün sahələrdə uğurla əməkdaşlıq edir və bir-birinə dəstək olurlar. Şübhə yoxdur ki, möhkəm təməl üzərində qurulan iş birliyimiz ölkələrimizin yerləşdiyi bölgələrin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğunu diqqətə çatdıran Milli Məclisin sədri əminliyini ifadə edib ki, dünyadakı bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən, onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, bölgədə möhkəm sülhün bərpa edilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verər.

TÜRKPA-nın iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən danışılıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda konfransın sədrlik etdiyi panel iclasında Qarabağ məsələsinə toxunub. Türkdilli xalqların ortaq tarixi köklərinin, mədəniyyətinin, mirasının, dil birliyinin müasir dövrdə daha əzmlə qorunduğunu diqqətə çatdıran Günay Əfəndiyeva bu məsələdə TÜRKPA-nın üzərinə düşən tarixi missiyadan bəhs edib. O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və perspektivdə olan layihələr barədə geniş məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Fondun prezidenti işğal altında saxlanılan Azərbaycan torpaqlarında mədəni irsin tamamilə məhv edildiyini vurğulayıb.
Bu paneldə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini, professor Firat Purtaş, İslam Əməkdaşlıq Təşkilatının Üzv Ölkələri Parlament Birliyinin baş katibinin köməkçisi, səfir Əli Əsgər Məhəmmədi Sijani və Türk Dünyası Mühəndis və Memarları İctimai Birliyinin baş katibi İlyas Demirci də çıxış ediblər.
Çıxışlarda keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən türkdilli dövlətlərdə baş verən ictimai-siyasi, mədəni və iqtisadi proseslərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, dövlət müstəqilliyi türkdilli xalqların mədəni, elmi, iqtisadi və digər sahələrdə əlaqələrini təmin edib. Əminliklə ifadə olunub ki, türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafı, eləcə də əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr qarşısıalınmaz prosesdir.

“Paşinyan səsləndirdiyi bəyanatı ilə beynəlxalq öhdəlikləri kobudcasına pozduğunu etiraf etdi”
Yeri gəlmişkən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə, əslində, ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi. Bu addım, həmçinin onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi.
Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu açıq şəkildə nümayiş etdirir.
Bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir”.

“Azərbaycan ya BMT-nin Təhlükəsizlik Şurasına, ya da ATƏT-ə müraciət etməlidir”

Bu arada politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri onu göstərir ki, dövlətlər beynəlxalq hüquq normalarına riayət etmək istəmirlər. Politoloqun sözlərinə görə, ortada xristian təəssübkeşliyi də mövcuddur: “Beynəlxalq təşkilatlar (NATO sammiti, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İƏT) bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü haqqında bəyanatlar yayırlar, digər tərəfdən isə məsələ qaranlıq olaraq qalır. Axı onlar hansı pasportla, viza ilə Fransaya və ABŞ-a səfər edir? Fransa və ABŞ başqa qondarma ölkənin pasportuna peçat vururlar və beləcə, de-fakto həmin qondarma dövlətin hüquqlarını tanımış olur. Azərbaycan bu istiqamətdə təcili tədbirlər görməlidir. Çünki bunlar artıq hədlərini aşıblar. Zənnimcə, Azərbaycan ya BMT-nin Təhlükəsizlik Şurasına, ya da ATƏT-ə müraciət etməlidir. Belə adamların bu cür qanunsuz səfərləri və dövlətlərdə onlara xoş münasibət göstərilməsi beynəlxalq hüququn normalarına ziddir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
“Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır”
25.06.2019
“Hərbi işğal amili aradan qaldırılmalıdır ki, bölgədə sülh və təhlükəsizliyin, rifahın təmin olunmasından danışaq”
24.06.2019
Rəhman Mustafayev: “Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb”
24.06.2019
Bosniya və Hersoqovinada Dağlıq Qarabağla bağlı tədbirlər keçirilib
13.06.2019
Vaşinqtonda Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasəti ifşa olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


25.06 22:21 Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr“ mövzusunda regional konfransda səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb. Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur. Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır. Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir: “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik“. Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur. İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: “ Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır“. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib: “Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir“.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info