Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
Tarix: 21.11.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Bakı bu gün beynəlxalq mövqelərini möhkəmləndirən, problem yaratmayan ciddi tərəfdaş kimi qəbul edilir. Bunların heç birini Ermənistan haqqında demək olmur”


Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalanıb. Bu səfər Rusiya siyasi dairələri tərəfindən də diqqətlə izlənilib. Rusiyalı ekspert Sergey Markov bildirib ki, Azərbaycan dövlət başçısının bu səfəri Ermənistanın yeni rəhbərliyi dönəmində əsas müttəfiqləri olan Rusiya və Belarusla münasibətlərinin pisləşməsi fonunda reallaşıb. Ekspertə görə, münasibətlərin pisləşməsinin əsas səbəbi Paşinyanın Rusiya və Belarusun maraqlarının əleyhinə gedərək Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətə üstünlük verməsidir: “Paşinyan özünü elə göstərir ki, guya, Rusiyanın müttəfiqidir, amma amerikalılara və Avropa İttifaqına yaltaqlanır”. KTMT-nin baş katibi postu ilə bağlı yaranan vəziyyətə toxunan Markov deyib ki, əslində, burada münaqişəli vəziyyət Minsklə İrəvan arasında deyil, Rusiya ilə Ermənistan arasındadır: “Lukaşenko özünəməxsus stildə, əslində, Moskvanın da düşündüyünü deyir. Bu isə Paşinyanı qıcıqlandırır. Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri də Paşinyanı qıcıqlandırır”. Markov deyib ki, istənilən halda İlham Əliyevin Belarusa səfəri göstərir ki, Azərbaycan müttəfiqləri ilə əlaqələrini daha da möhkəmləndirir: “Bakı bu gün beynəlxalq mövqelərini möhkəmləndirən, problem yaratmayan ciddi tərəfdaş kimi qəbul edilir. Bunların heç birini yeni rəhbərlik dönəmindəki Ermənistan haqqında demək olmur”. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səfərlə bağlı dəyərləndirməsində deyib ki, Azərbaycanla Belarus strateji tərəfdaş və dost ölkələrdir. Səfər çərçivəsində iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair məsələlər diqqət mərkəzində olub: “Belarus ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın böyük potensialı var. Rəsmi səfər zamanı razılaşdırılmış məsələlər, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Belarus ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın bariz nümunəsidir. Həqiqətən də, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır, uğurla inkişaf edir”. Deputat Belarusun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmasının önəmini vurğulayaraq deyib ki, rəsmi Minsk münaqişənin Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info