“Mən Prezident İlham Əliyevə alternativ görmürəm”
Tarix: 10.07.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Milli şura” İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı parlamentə, dövlət orqanlarına müraciət ünvanlayıb. Onların hansı haqla dövlət orqanlarına müraciət ünvanlaması dogrudan da gülüş doğurur. Öz gözlərində tiri görməyib başqalarının gözündə qıl axtaran insanların toplaşdığı bu qurum və onun rəhbərinin son vaxtlar anormal fəaliyyətləri və hərəkətləri artıq cəmiyyəti də təngə gətirib.
Heç kimə sirr deyil ki, sənədsiz-sübutsuz məlumatlar əsasında xarici qəzetlərdə yazılmış qərəzli məqalələri əldə bayraq tutaraq siyasi mübarizə aparmaq, hakimiyyəti ləkələmək metodu Azərbaycan müxalifətinin köhnə şakəridir. Bu müraciət müəlliflərinin özlərinin fəaliyyəti araşdırılmalıdır. Yaxşı olar ki, İsa Qəmbər, Əli Kərimli hakimiyyətdə olduqları dövrdə bu dövləti necə talayıb satdıqlarından, 20 ildir ki, hansı hesaba partiya saxladıqlarından danışsınlar. Araşdırılmalıdır ki, Müsavat və AXCP xarici fondlardan necə və nə qədər maliyyə vəsaiti alırlar, bu pullar hara gedir? Əli Kərimli oğlunu Londonda nəyin hesabına oxudur? O, “Azadlıq” qəzetini necə şantaj vasitəsinə çevirib və onun vasitəsilə kimlərdən və nə qədər pul alıb? AXCP sədri Akif Muradverdiyevlə bazarlığı, ondan 500 min manat pul alması ilə bağlı mətbuatın yazdığına aydınlıq gətirməlidir. Özlərinə lider seçdikləri Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində qurumun əmlakını, dövlət vəsaitini necə taladığını araşdırsınlar. Bütün bunlar barədə susan, minlərlə maxinasiyaların, günahların sahibi olan bu ünsürlər hansı haqla dövlət orqanlarına müraciət göndərirlər?
Üç il bundan öncə “Azadlıq” radiosuna müsahibəsində Rüstəm İbrahimbəyov Azərbaycan siyasətçilərini, ziyalılarını Prezident İlham Əliyevlə müqayisə etmişdi və bütün parametrlərə görə üstünlüyü hazırkı dövlət başçısına vermişdi: “Mən konkret deyim, istəyir kiminsə xoşuna gəlir, istəyir gəlməsin, mən Prezident İlham Əliyevə alternativ görmürəm. Mənə desinlər ki, bir nəfər var Azərbaycanda, onun yerini tuta bilər, müxalifətdənmi, ziyalılarmı. Mən bir dənə əcnəbi dil bilmirəm o üç dil bilir, mənim 70 yaşım var, o məndən cavandır. Hər adam prezident ola bilməz. Onun sosial qüvvələri olmalıdır. Və onun sosial qüvvələri var. Bu bir az siyasi savadsızlıqdandır ki, bu prezidenti dəyişək başqası gəlsin. Eyni şey olacaq. Mənə indi yox, əvvəllər deyirdilər ki, görürsünüz, filankəs öz qohumunu səfir göndərir, mən də deyirdim ki, istəyirsən sənin qohumlarını göndərsin. Düzgün deyil vəzifələrə qohumları qoymaq, hamı deyir mənim qohumumu qoysun. Özü də Azərbaycanda kimdən soruşsan, hamı deyər mən özüm prezident ola bilərəm. Bir az realist olmaq lazımdır. Gəlin baxaq, mənə bir ad deyin ki, siyasi xəritədə kim nüfuzlu, ağıllı, dərin lider var ki, deyək ki, bu adam doğrudan da prezident ola bilər. Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir. Bunların arasında bir dənə də doğrudan adam ki, mən deyim ki, bu adam doğrudan da prezident ola bilər, Azərbaycanda o yoxdur”.
Çox maraqlı məqamdır ki, özünü həmişə ziyalı və savadlı şəxs sayan Rüstəm İbrahimbəyov bu ahıl yaşında hansısa maraqlar naminə mövqeyini dəyişib üç il əvvəl səsləndirdiyi fikirlərin əksinə bəyanatlar verir. Cəmi üç il keçib. Nə dəyişib Rüstəm bəy? Əlavə dil öyrənmisiniz, yoxsa cavanlaşmısınız? Olmaya sosial bazanız yaranıb? “Özü də Azərbaycanda kimdən soruşsan hamı deyər mən özüm prezident ola bilərəm. Bir az realist olmaq lazımdır”. Həəə, reallıq hissini itirmişsiniz. Dünən yediyiniz bu gün yadınızdan çıxıb. Ya da “Mənə indi yox, əvvəllər deyirdilər ki, görürsünüz, filankəs öz qohumunu səfir göndərir, mən də deyirdim ki, istəyirsən sənin qohumlarını göndərsin”. Yəni, istədiyinizi ala bilməmisiniz, Şəhidlər xiyabanı yaxınlığında əyləncə mərkəzi tikməyə imkan verməyiblər. Buna görə də indi dediyinizin tam əksini danışırsınız, seçkiləri udacağınızı bildirirsiniz. Nə edək, “Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir”. Baxın özünüzə, o ki var gülün. Zatən sizlərə millət də gülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info