“Astana Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”
Tarix: 10.07.2013 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Birinci İnformasiya”: “Qazaxıstan Ermənistanın ancaq Dağlıq Qarabağsız Gömrük İttifaqına üzv ola biləcəyi şərtini irəli sürüb”

Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində Vilnüsdə keçiriləcək sammit ərəfəsində Ermənistanda qızğın müzakirələr gedir. Ermənistanın həmin sammitdə Avropa İttifaqı ilə çərçivə sazişinə imza ata biləcəyi ilə bağlı məsələ fərqli yanaşmaları ortaya qoyub. «Birinci İnformasiya» agentliyi Ermənistan mətbuatında dərc edilən analitik məqalələrin analizi nəticəsində belə bir nəticə ortaya qoyub ki, Ermənistan çoxdan Gömrük İttifaqına üzv ola bilərdi. İrəvanın bu addımı atmasının qarşısını kəsən amil Qazaxıstanın irəli sürdüyü şərtdir. Qeyd edilir ki, Qazaxıstan Ermənistanın ancaq Dağlıq Qarabağsız Gömrük İttifaqına üzv ola biləcəyinə yaşıl işıq yandıra biləcəyini deyib. Qazaxıstanda fəaliyyət göstərən siyasi analitik mərkəzin eksperti Vasili Misnik «Birinci İnformasiya»ya bu məsələni dəyərləndirərkən bildirib ki, Ermənistan-Azərbaycan müharibəsi vaxtı Qazaxıstan Azərbaycanın tərəfində olub. Bunu çoxlu razılaşmalar da təsdiqləyir. Onun sözlərinə görə, Qazaxıstan istəmir ki, bu münaqişə ilə bağlı mövqeyi ATƏT çərçivəsindən çox da kənara çıxsın. Başaq sözlə Qazaxıstan maksimum dərəcədə neytral qalmağa çalışır: «Bu neytrallıq o dərəcədədir ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana hər hansı dəstəyi göstərmək fikrində deyil: «Qazaxıstanla Azərbaycan arasındakı siyasi-iqtisadi münasibətlər, Azərbaycanın Xəzər nəqliyyat dəhlizi kimi rolu, türkdilli dövlətlər çərçivəsində əməkdaşlıq və digər ikitərəfli anlaşmalar Qazaxıstanın Azərbaycana dəstək verdiyini göstərir. Respublikalar arasında sovet sərhədlərinin qorunması məsələsinə gəlincə, Astananın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması, bu məsələdə verilən dəstək səmimidir». Beləliklə, Qazaxıstan Dağlıq Qarabağın hansısa formada Gömrük İttifaqına qoşulmasına icazə verməyəcək. «Birinci İnformasiya» yazır ki, Astananın bu məsələdə mövqeyi ən az Azərbaycan qədər Rusiya ilə də bağlıdır. Əgər Rusiya Ermənistana Azərbaycan üçün də məqbul olan variant təklif edə bilsə, onda Qazaxıstan əks addım atmayacaq. Rusiya analoji addımı Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı Gürcüstanın razılığını almaq üçün Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələdə atmışdı. Qazaxıstan Rusiyadan fərqli olaraq Qafqaz məsələlərinə müdaxilə etmir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info