Argentina və Ekvador ABŞ-dan izahat tələb edib
Tarix: 10.07.2013 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


“The Washington Post”un verdiyi məlumatlara görə, Braziliya qəzeti Latın Amerikasında Amerika Milli Təhlükəsizlik Agentliyinin (MTA) əməliyyatlarının üstünü açıb. Edvard Snoudenin verdiyi sənədlərə əsaslanaraq Braziliya qəzeti “O Globo” iddia edir ki, Birləşmiş Ştatlar Latın Amerikasının bəzi ölkələrində telefon zənglərində və elektron poçtlarındakı məlumatları toplayıb. “The Washington Post”un jurnalisti Xuan Forero yazır ki, bu ölkələrə regiondakı müttəfiqlər olan Braziliya, Kolumbiya və Meksika kimi dövlətlər də daxil idi. Braziliya nəşrinin məlumatına görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Venesuela kimi Amerikanın rəqibləri haqqında hərbi xarakterli kəşfiyyat məlumatlarının toplanması ilə məhdudlaşmır: sənədlər göstərir ki, MTA Venesuelada, həmçinin Meksikanın energetika sektorunda neft sahəsi haqqında insayder informasiyasının axtarışlarıyla məşğuldur.
Məqalənin müəllifi bildirir ki, rəsmi Vaşinqton “O Globo”nun bəyanatlarını şərh etməkdən imtina edib, yalnız onu vurğulayıb ki, Birləşlmiş Ştatlar bütün qalan ölkələr kimi, burada da eyni xarici kəşfiyyat işləri aparır. Braziliyanın kommunikasiya naziri Paulo Bernardo jurnalistlərə deyib ki, ABŞ-ın səfiri Tomas Şennon onunla görüş vaxtı casusluqla bağlı bütün ittihamları rədd edib. Həmçinin nazir bildirir ki, ABŞ Braziliya və bir sıra başqa Latın Amerikası dövlətlərinin mənafeyinə toxunur. O xatırladıb ki, ABŞ keçmişdə tanınmış müxalifət liderlərini izləməklə diktatorları dəstəkləyirdi. Prezident Dilma Rusef isə bildirib: “Biz yalnız Braziliyada deyil, həm də istənilən başqa dövlətdə olan müdaxiləyə belə, qarşıyıq”. Nəşrdə deyilir ki, Kolumbiya hakimiyyəti hələ ki “O Globo”nun ifşalarını şərh etməyib. Ancaq öz antiamerikan əhvali-ruhiyyələri ilə tanınan Argentina və Ekvador Vaşinqtondan izahat tələb ediblər.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info