Gənc alimlərin yeni uğurları
Tarix: 10.07.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Ölkəmiz inkişaf etdikcə elmin, təhsilin inkişaf səviyyəsinin də yüksəlməsinə diqqət gündən-günə artır, müxtəlif elm sahələrinin və istiqamətlərinin rolu, əhəmiyyəti artır. Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin bu sahədəki potensialın artmasına düzgün yönəldilməsi, dövlətin müxtəlif hüquqi tənzimləyici metod və vasitələrdən səmərəli istifadə etməsi nəticəsində mümkün olmaqdadır. Bu isə təbii ki, həm də gənc nəslin ruhlandırılmasına xidmət etməklə onlara böyük stimul verməkdədir. İstedadlı gənclərə dövlət dəstəyinin artırılması onların təhsil sahəsində fəaliyyətlərinə parlaq işıq olmaqla, elmi nailiyyətlərinin də artmasına geniş imkanlar açmaqdadır.
Göstərilən dövlət qayğısından yetərincə bəhrələnən bütün müəssisə və təşkilatlar kimi AMEA Naxçıvan Bölməsinin də son illərdə nailiyyətləri daha da çoxalıb. Burada çalışan hər bir elmi işçi daima öz üzərinə düşən məsuliyyətin böyüklüyünü nəzərə alaraq uğurlu fəaliyyət göstərir. Adı çəkilən bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məftun Əliyevin həmmüəllifi olduğu (Digər müəllif isə AMEA Fizika İnstitutu Molekulyar spektroskopiya laboratoriyasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Səkinə Kazımovadır) “(CD3)2 SDOH molekulunun trans-konformerinin mikrodalğa spektri” adlı kitab yenicə nəşr olunub. 2013-cü ilin birinci yarısında oxucusu ilə görüşən bu qiymətli əsər 4 fəsildən ibarət olmaqla, 124 səhifə həcmindədir.
Cavadxan Qasımov




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info