Azərbaycanda əhalinin sayı 9 milyon 411,8 min nəfərə çatıb
Tarix: 10.07.2013 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Ölkə əhalisinin sayı ilin əvvəlindən 55,3 min nəfər artaraq 2013-cü il iyul ayının 1-i vəziyyətinə 9 milyon 411,8 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,3 faizi 0-14 yaşda, 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1013 qadın düşür.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, cari ilin birinci yarısında ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 18,1 olub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrin 876-sı əkiz, 15-i isə üçəm doğulub. İlin əvvəlindən ölkədə 28,8 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,2) qalaraq dəyişməyib. Yanvar-iyun aylarında ölkədə 37,9 min nikah və 5,7 min boşanma halı qeydə alınıb və 2012-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,2-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,2) qalıb. 2013-cü ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,1 min nəfər ölkədən gedib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info