Gəncənin yubileyi ilə bağlı inşa yazı müsabiqəsi
Tarix: 10.07.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Gəncə özünün 4 min illik yubileyini qeyd etməyə hazırlaşır. Bu məqsədlə keçirilən ümumşəhər yığıncağında yubileyə hazırlıqla bağlı görüləcək işlər ətraflı müzakirə edilib.
Yığıncağı açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu münasibətlə şəhər sakinlərini təbrik edib, yubiley tədbirlərinə hazırlığın əhəmiyyətindən danışıb. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin direktoru Fuad Əliyev çıxış edərək yubileyə hazırlıqla əlaqədar görüləcək işlər barədə geniş məlumat verib. Qeyd edilib ki, qədim Nizami yurdunun 4 min illik yubileyi ilə əlaqədar UNESKO-nun baş direktoru İrina Bokovanın Gəncəyə ünvanladığı təbrik məktubu bütün şəhər sakinlərinin sevincinə səbəb olub. Uzun illər müəmmalı olan Gəncənin həqiqi yaşının dəqiqləşdirilməsi bu gün real şəkildə elan edilib və onun həqiqətən, 4 min il olduğu müəyyənləşdirilib. Buna görə də yubiley tədbirlərinə çox ciddi şəkildə hazırlıq nəzərdə tutulub.
Tərtib edilmiş tədbirlər planına əsasən, şəhərdə böyük tərtibat işləri görülməli, dəyirmi masalar, ümumşəhər iməcilikləri keçirilməli, şəhərin girişində inşa edilmiş qala kompleksində arxeoloji və etnoqrafik muzey yaradılmalı, bayram konsertləri təşkil edilməlidir. Eyni zamanda, ali və orta ixtisas məktəblərində inşa yazı müsabiqələri keçirilməli, Gəncəyə aid yeni monoqrafiya nəşr olunmalı, şəhərin tarixinə aid kataloq hazırlanmalı, yeni turizm marşrutları tərtib edilməli, ən mühüm tarixi abidələrin bukletləri hazırlanmalıdır. Dünya kitabxanalarında və arxivlərində Gəncə ilə bağlı saxlanan əlyazma və xəritələrin surətləri Azərbaycana gətirilməli, musiqi və şer müsabiqələri təşkil edilməlidir.
Yığıncaqda yubiley komissiyasının tərkibi təsdiq edilib, tədbirlər planı müzakirə edilərək qəbul olunub, yubileyin keçirilməsi üçün işçi qrupu yaradılıb. Yubiley tədbirlərində xarici ölkələrdən dəvət olunacaq qonaqların iştirakı ilə beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub. Sonra şəhər ziyalılarından Sədnik Paşayev, Məmməd Məmmədov, Tofiq Xəlilov, Sənan Hacıyev, Samir Pişnamazzadə və başqaları çıxış edərək Gəncənin həqiqi tarixinin müəyyənləşməsinə xüsusi diqqət və qayğı göstərən Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Nigar Gəncəli




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info