Abşeron yarımadasında içməli su təchizatı yaxşılaşacaq
Tarix: 10.07.2013 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamla təsdiqlədiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Proqram çərçivəsində ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanı qəsəbəsinə qədər olan hissəsinin istismara verilməsi Abşeron yarımadasının bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsinə imkan yaradıb. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin mövcud imkanlarından istifadə etməklə müqəddəs Ramazan ayı ərəfəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı xəttinin Balaxanıya qədər hazır hissəsi ilə Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsinə başlanılıb. Bununla da uzun müddətdir içməli sudan əziyyət çəkən yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilib. Beləliklə, yeni mənbədən içməli suyun verilməsi ilə Mehdiabad qəsəbəsində 4270, Digah qəsəbəsində 2960, Gülüstan yaşayış massivində isə 1000-dən artıq sakinin 24 saat fasiləsiz su təchizatı təmin olunub. Bununla yanaşı, yeni ünvanların şəbəkəyə qoşulması işləri davam etdirilir və bunların nəticəsi olaraq Mehdiabad və Digah qəsəbələrində, eləcə də Gülüstan yaşayış massivində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 10 min nəfərdən artıq olacaq. Layihə çərçivəsində hər bir abunəçi smart-kart sayğacla təmin olunur.
“Azərsu” ASC-nin tədbirlər proqramına uyğun olaraq cari ilin iyul-avqust aylarında Məhəmmədli, Balaxanı, 1-ci və 2-ci Zabrat, Sabunçu qəsəbələrinə də suyun verilməsi planlaşdırılır. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanıdan Qala qəsəbəsinə qədər olan hissəsinin tikintisi avqust ayında tamamlanacaq. Buna qədər Ramana və Qala qəsəbəsində anbar komplekslərinin inşası da başa çatdırılacaq.
Dövlət Proqramına uyğun hazırda Bakı şəhəri və Abşeron rayonunun 36 qəsəbəsində su və kanalizasiya layihələri icra olunur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral xəttinin tikintisi, həmçinin qəsəbələrdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması işləri başa çatdıqdan sonra nəticədə Abşeron yarımadasında 1 milyondan artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info