Əbülfəs Qarayev Qubada vətəndaşları qəbul edib
Tarix: 10.07.2013 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba şəhərindəki Bəşir Səfəroğlu adına mədəniyyət evində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, şöbə müdirləri və digər məsul işçiləri iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, ölkənin şimal bölgəsinin əhatə olunduğu rayonlardan vətəndaşlar əvvəlcədən “mct@mct.gov.az” elektron poçt ünvanı, “e-services.mct.gov.az” elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılıblar. Vətəndaşların nazirlə görüşündə mədəniyyət və turizmlə bağlı bir sıra məsələlər qaldırılıb. Müraciətlərin əsasını təşkil edən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin bərpası, yerlərdəki uşaq və incəsənət məktəblərində yeni ixtisasların açılması, məktəblərə əlavə dərs vəsaitlərinin verilməsi, bölgədə turizmin inkişafı, xalçaçılıq sənətinin təşviqi ilə bağlı xahiş və təkliflər nazir tərəfindən müsbət qarşılanıb. Qeyd olunub ki, vətəndaşların bu cür əhəmiyyətli mövzularda həssaslıq nümayiş etdirmələri təqdirəlayiq haldır.
Qəbuldan sonra Əbülfəs Qarayev mətbuata açıqlamasında bildirib ki, qeyd olunan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görüləcək: “Burada bir çox mövzularda müraciətlər edildi. Xalçaçılığın inkişafı, tarixi abidələrimizin təmiri və bərpası, turizm sahəsi və s. məsələlərlə bağlı maraqlı təkliflər irəli sürüldü. Bütün bu məsələlər nazirliyin daim diqqət mərkəzindədir. Nazirlik tərəfindən yerlərdə bir çox abidələr təmir və bərpa olunub. Hazırda bu proses davam edir. Regionların gələcək inkişafı ilə bağlı mədəniyyət və turizm sahəsində bir çox işlər nəzərdə tutulub. İşlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər də nəzərdən keçiriləcək və çalışacağıq ki, həmin şəxslərə müvafiq köməklik göstərilsin”.
Günay




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info