ABŞ Konqresi Suriya müxalifətinə yardımı qadağan etdi
Tarix: 10.07.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


ABŞ Senatının və Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitələri Suriya üsyançılarına maliyyə yardımına qadağa qoyulması ilə bağlı sənədə səs veriblər. Amerikalı qanunvericilər Suriya müxalifətinə maliyyə yardımı göstərilməsinə ciddi məhdudiyyətlər qoyulmasını tələb edirlər.

Onları bu addımı atmağa vadar edən səbəb Suriyada əldə olan silahların müxtəlif terror qruplaşmaları, o cümlədən «Əl-Qaida»nın nəzarətinə keçmə ehtimalı ilə bağlıdır. «The Hill» nəşri xəbər verir ki, qanunvericilərin səs verdiyi sənəddə hansı şərtlərin yer aldığı hələlik bəlli deyil. Məsələ ondadır ki, gizli informasiyalar səsləndirildiyindən komitənin iclası qapalı rejimdə keçirilib və orada aparılan müzakirələrlə bağlı cəmiyyətə informasiya verilmir. Amma «The Hill»in mənbəyi xəbər verir ki, qəbul edilən qərar Barak Obamanın üsyançılara silah göndərilməsi istəyinin üstündən xətt çəkir. «Lenta.ru»nın xəbərinə görə, Ağ Ev administrasiyası hesab edir ki, qanunvericilər heç bir alternativ variant təklif etmədən üsyançıların silahla təmin olunması planını pozurlar. Obama administrasiyası iyunun 14-də suriyalı üsyançılara odlu silahlar, tankəleyhinə kompleks və mərmilər satılması ilə bağlı qərar qəbul etmişdi. Bu qərar Ağ Ev rəsmilərinin Suriya rəhbərliyini mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham etməsi ilə eyni vaxta düşmüşdü. Bundan öncə Obama bəyan etmişdi ki, Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etməsi «qırmızı xəttdir». Bundan sonra ABŞ münaqişəyə müdaxilə edə bilər. Göründüyü kimi, ABŞ əvvəl dəstəklədiyi üsyançıları indi ordu qarşısında köməksiz buraxır. Qeyd edək ki, Suriya İnqilabi və Müxalif Qüvvələrinin Milli Koalisiyası (SİMQMK) BMT Baş katibi Pan Qi Munun müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında Suriyada hərbi əməliyyatları dayandırmaq barədə çağırışını dəstəkləməyə hazırdır. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Ankarada SİMQMK-nın lideri Əhməd Carba bəyan edib: “Biz bu çağırışı, əlbəttə ki, alqışlayırıq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info