Türkiyə səfiri Misir XİN-ə çağırılıb
Tarix: 10.07.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Türkiyənin Qahirədəki səfiri Ankaranın bu ölkənin daxili işlərinə “müdaxiləsi” və burada baş verən hadisələrə dair ritorikası ilə bağlı Misir XİN-ə çağırılıb.
“İTAR-TASS”ın verdiyi xəbərə görə, XİN-də Türkiyə səfiri Hüseyn Auniyə bəyan olunub ki, Misir hakimiyyəti son günlər Türkiyədə BMT-nin Təhlükəsizlik Şurası və digər bölgə oyunçularına Misirin sırf daxili işlərinə müdaxilə edilməsi ilə bağlı səslənən çağırışlardan dərin təəssüf hissi keçirir: “Bu nəinki Misirin siyasi arenasında baş verənlərin yanlış və səhv anlaşılmasını göstərir, hətta ölkənin daxili işlərinə müdaxilə deməkdir. Misir Ərəb Respublikası 2013-cü ilin iyunun 30-da meydanlarda baş verdiyi kimi toplaşma və dinc ifadə azadlıqlarına dair beynəlxalq prinsiplərə tam sadiq olduğunu bir daha təsdiq edir”. Misir XİN-də vurğulanıb ki, Türkiyədə “həmçinin digər dövlətləri Misirin əleyhinə kökləməyə çalışırlar: “Qahirə müxtəlif dost ölkələrlə yaxın münasibətlərin qorunmasında maraqlıdır və Türkiyənin iki xalqın maraqlarına və iki dövlətin tarixi münasibətlərinə xidmət etməyən mövqeyini dəyişməsinə ümid edir”. Qeyd edək ki, Ankara Misir prezidenti Məhəmməd Mursinin hərbçilər tərəfindən devrilməsini kəskin tənqid edib. Türkiyə rəhbərliyi bəyan edib ki, demokratik yolla seçilmiş dövlət rəhbərinin hakimiyyətdən kənarlaşdırılması qanuna ziddir və ölkəyə, istər onun iqtisadiyyatına, istərsə də demokratik proseslərinə, ciddi zərər gətirəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info