REAL da “milli şura”ya qarşı çıxdı
Tarix: 10.07.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


“Milli şura”nın sonuncu sessiyasından sonra jurnalistlərlə görüşən Eldar Namazovla Sülhəddin Əkbər ehtiyat namizəd variantına qarşı kəskin mövqe bildirdilər. Müsavata yönələn eyhamlara artıq İsa Qəmbərdən də cavab gəlib. O deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil. Beləliklə, müxalifət daxilində yaranmış çaxnaşma, didişmə və şəxsi ambisiyaların önə çəkilməsi özünün pik həddinə çatmaq üzrədir.
Maraqlısı odur ki, müxalif düşərgədə olan REAL hərəkatı da artıq “milli şura”nın düşdüyü bu durumu gülməli vəziyyət adlandırıb. REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı sosial şəbəkədə açdığı müzakirələrdə müxalifət düşərgəsini və konkret olaraq “milli şura”nı kəskin tənqid edib. “Milli şura”nın üçüncü sessiyasında yaradılan komissiyaların adları və ümumiyyətlə, komissiyaların yaradılmasına lağ edən Azər Qasımlı vahid namizədliklə bağlı yaranmış situasiyanı da tənqid edib:
“Milli şura” Mitinq komissiyası yaratdı. Allah sizi güldürsün. İqtisadiyyat komissiyası, Sosial-siyasət komissiyası və mitinq komissiyası… Yaxşı, onda seçki qərargahı nə işlə məşğul olacaq görəsən? Anladığımız qədəriylə “milli şura”nın bir hissəsi deyir ki, Rüstəm bəy vahid namizəddir. Ona görə də həm vahiddir, həm birincidir, həm ikincidir, həm əsasdır, həm yedəkdir. Yəni, yekdir, bir sözlə! Digər tərəfdən Müsavat partiyası da deyir ki, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirlər. Lakin bununla yanaşı, İsa Qəmbərin də namizədliyini qüvvədə saxlayırlar. Açıq şəkildə də deyirlər ki, Rüstəm bəyin namizədliyi qeydə alınmasa, Müsavat İsa bəylə seçkiyə gedəcək. Ya da ki, istəsəniz İsa bəyi “milli şura”nın vahid namizədi də edə bilərsiniz, etiraz etməyəcəyik. Sadəcə, çox təəccüblüdür - niyə bu məsələni “milli şura”nın təsisçiləri əvvəlcədən müzakirə edib, razılaşdırıb qərar verməyiblər? Axı əvvəlcədən aralarında ikinci namizədi (yedək) razılaşdıra bilərdilər ki, Rüstəm bəyin qeydiyyatında bir problem yaransa, “milli şura” B planını işə salıb yola davam etsin. Problem nədədir TANINMIŞ və TƏCRÜBƏLİ bəylər və xanımlar? Səmimiyyətdə? Siyasi savadsızlıqda? Bir-birinə inamsızlıqda?”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info