“Gənclərimizdə sabaha inam artıb”
Tarix: 10.07.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


“Gənclər üçün Prezident mükafatının təsis olunması gənclərimizin həyatında mənəvi baxımdan daha çox rol oynayacaq”

Dövlət tərəfindən gənclər sektorunda təqdirəlayiq işlərin görülməsi davam etməkdədir. Xüsusən Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. Belə ki, gənclər sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından xeyli işlər görülüb. Həmçinin gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakı gücləndirililib, eləcə də gənclərin fəaliyyəti üçün zəruri infrastruktur inkişaf etdirilib. Bütün bunlarla yanaşı, gənclər arasında sağlam həyat tərzinin təbliği və neqativ halların profilaktikası, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsi, gənclərin sosial müdafiəsi sahəsində ciddi addımlar atılıb. Bir sözlə, bu sahədə bütün gözləntilər həyata keçməkdədir. Ən böyük gözlənti isə gənclərin əmək və fəaliyyətinin qiymətləndirilməsidir və dövlət başçısı bunu nəzərə alaraq gənclər üçün Prezident mükafatının təsis edilməsi haqqında fərman imzalayıb. Əlbəttə ki, Azərbaycan Prezidentinin gənclərimizin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə verdiyi bu qərar aktiv gənclər arasında böyük sevinclə qarşılanıb. Bu baxımdan bir neçə fəal gənc sevinclərini bizimlə bölüşdü.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf dedi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bütün çətinliklərə baxmayaraq, qısa zamanda böyük inkişafa nail olub. Onun fikrincə, 21 il ərzində Azərbaycan dünyada artıq söz sahibinə çevrilib: “Bu gün müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu ölkədir. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən paytaxtımız da artıq dünyanın qlobal mərkəzlərindən biridir. Ölkəmizin 2012-ci ildən ilk dəfə olaraq iki il müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi isə biz gənclər üçün fərəhdir”.
N.Xələf bildirdi ki, bütün bu proseslərdə ölkəmizin gəncləri də yaxından iştirak edir: “Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin bütün strukturlarında gənclər ən yüksək səviyyədə təmsil olunur”.
O qeyd etdi ki, Azərbaycanımızın çiçəklənməsi uğrunda apardığımız işlərin reallaşması naminə ölkəmizdə gənclər üçün çox böyük imkanlar mövcuddur: “Azərbaycan gənclərini daha da stimullaşdıran hadisə isə gənclər üçün Prezident mükafatının təsis edilməsi haqqında fərman oldu. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə bağlı son fərmanı ölkə və xalq naminə görülmüş işin nəticəsinə görə, il ərzində elm-təhsil sahəsində ixtiraya, mədəniyyət və incəsənət sahəsində Azərbaycanı yüksək səviyyədə təmsilçiliyə, geniş ictimai fəaliyyətə görə fərqlənən gənclərə Prezident mükafatının təsis olunması gənclərimizin həyatında mənəvi baxımdan daha çox rol oynayacaq. Cənab Prezidentin siyasətinin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Gənclər üçün Prezident mükafatı isə bizlərə olan dövlət qayğısının daha bir göstəricisidir. Bütün bunlar bizə-gənclərə və dünyaya bir daha sübut edir ki, Azərbaycan Prezidenti öz gənclərini sevir, dəyərləndirir, qiymət verir. Biz ölkə gəncliyi adından bizə göstərdiyi dəstəyə görə, Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk! Prezident mükafatına layiq görülən gənclərin onlara göstərilən etimadı doğruldacağına, ölkəmizin adını daha da yüksəklərə qaldıracaqlarına inanıram!”.

“Pozitivliyə, müstəqil siyasətə, peşəkarlığa, qətiyyətə-cənab
İlham Əliyevə səs verməliyik”

Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbuda görə isə bu mükafat təsis edilən zamana qədər müstəqil Azərbaycan dövləti gənclərə yönəlik məqsədyönlü və hərtərəfli bir siyasət izləyib: “Əhalinin gənclər kəsiminin bütün sahələrdə maraqlarının təminatı, çoxtərəfli, faydalı fəaliyyətlərinin stimullaşdırılması Prezident İlham Əliyevin qarşısında duran ən prioritet məsələlərdən olub, bu gün də elədir, əminəm ki, irəlidə də elə olacaq. Bütün regionda Azərbaycan gəncliyinin yüksək dövlət qayğısı ilə əhatə edilməsi, sabahına olan yüksək inamı və çətinliklərlə bərpa edilmiş müstəqilliyinə sadiq, onu hər zaman qorumağa qadir olması ilə seçilir. Bu siyasətin davam etdirilməsi və daha müsbət çalarlarla inkişafı üçün pozitivliyə, müstəqil siyasətə, peşəkarlığa, qətiyyətə-cənab İlham Əliyevə səs verməliyik”.
DANİB sədri 2011-2015-ci illəri əhatə edən dövlət gənclər proqramının bütün müddəalarının icrası istiqamətində atılan bütün addımların, əlbəttə ki, sevindirici olduğunu dedi: “Gənclik hər zaman dinamizmin, yeniliyin, pozitivliyin ifadəsidir. Azərbaycan dövləti Avropada özünün gəncyaşlı əhalisinin üstün sayına görə fərqlənir. Bu cəhətdən düşünürəm ki, cənab Prezidentin gənclər mükafatının təsis olunması ilə bağlı verdiyi sərəncam Azərbaycan gəncliyinin elmi, ictimai, intellektual və yaradıcı sahədə fəaliyyətini daha da stimullaşdırmaqla onların sivil dünyaya inteqrasiyası, öz imkanlarını yüksək səviyyədə dövlətimizin inkişafı üçün sərf etmək baxımdan çox mühüm addımdır”.

“Gənclər üçün Prezident mükafatının təsis edilməsi Azərbaycan gəncliyinə olan diqqətin, qayğının və inamın daha bir ali səviyyəli təcəssümüdür”

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli də gənclər üçün Prezident mükafatının təsis edilməsi Azərbaycan gəncliyinə olan diqqətin, qayğının və inamın daha bir ali səviyyəli təcəssümü olduğunu düşünür. A.Əsgərlinin sözlərinə görə, Prezident bu tarixi qərarı ilə bir daha təsdiq etdi ki, Azərbaycanda gənclərlə iş dövlət siyasətinin əsas prioritetlərindəndir: “Bu gün ölkədə həyata keçirilən dövlət proqramları içərisində ən uğurla, ardıcıllıqla icra olunan və real nəticələrlə öz effektivliyini göstərənlərdən biri məhz “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır. Bu proqramın təşəbbüsündə, hazırlanmasında birbaşa iştirak edən ölkə rəhbəri geniş gənclər ictimaiyyətinin müzakirəsindən və təkliflərindən sonra bu sənədi imzalamaqla Azərbaycan gəncliyinin hərtərəfli inkişafında öz siyasi iradəsini ortaya qoydu. Proqramdan irəli gələn vəzifələrin arıdıcıllıqla həyata keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin gəncliyə bütün sahələrdə etimadı əvəzsizdir. Gənclər Fondunun yaradılması və uğurlu fəaliyyətindən sonra cəmiyyətin əsas inkişaf sahələrində xüsusi istedadı, rolu və əməyi ilə seçiləcək gənclərin dövlət və Prezident səviyyəsində qiymətləndirilməsi haqqında qərar bütün ölkə ictimaiyyətinin, o cümlədən gənclər sferasının hədsiz sevincinə səbəb olub”.
O bildirdi ki, bu gün dövlət, hökumət, xüsusilə də Gənclər və İdman Nazirliyi səviyyəsində gənclərin müxtəlif istiqamətlər üzrə mükafatlandırılması ənənəsi mövcuddur və bu areal hər il genişləndirilir: “Lakin gənclər üçün Prezident mükafatının təsis olunması bu qiymətləndirməyə yeni və yüksək bir mərhələ qatmaqla, gənclər siyasətinin daha da inkişaf və tərəqqisinə təkan verəcək. Bu mükafat gənclərdə bacarıq, qabiliyyət, peşəkarlıq, sağlam rəqabət, kreativ təşəbbüskarlıq imkanlarını ortaya qoyacaq”.

Xoş münasibətin göstəricisi
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da bu mükafatın təsis edilməsinin Prezidentin gəncliyin inkişafına nə qədər diqqət və qayğı ilə yanaşdığını göstərdiyini vurğuladı: “Elmin, mədəniyyətin, təhsilin, ədəbiyyat və incəsənətin, ictimai fəaliyyətin inkişafında xüsusi fərqlənən gənclərə Prezident mükafatının verilməsi gəncliyin bütün təbəqələri ilə bərabər, qaçqın və məcburi köçkün gənclər tərəfindən də olduqca rəğbətlə qarşılandı. Prezidentin bu fərmanı gənclərə xoş münasibətin, diqqət və qayğının, dövlət siyasətinin məhz gənclərin üzərində qurulmasının bir göstəricisidir. V.Qədirov bu fərmanın gənclərlə bağlı aparılan dövlət siyasətinin mütəmadi olaraq davam etdirildiyini və dövlətimizin inkişafında gənclərin daha da fəal iştirakının təmin olunması məqsədi daşıdığını göstərdiyini qeyd etdi: “Prezidentə gənclərə göstərdiyi diqqət və qayğıya, həmçinin bu fərmanı imzaladığına görə təşəkkür edir, gəncliyin daim onun arxasında olduğunu bir daha bəyan edirik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info