“Keçən il Bakıda beş yeni beşulduzlu otel istifadəyə verilib”
Tarix: 10.07.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Georgi Milkov: “Azərbaycanın regionları inkişaf edir, bir milyondan çox yeni iş yeri açılıb, yoxsulluq göstəricisi xeyli azalıb”


Bolqarıstanda çıxan nüfuzlu “24 çasa” qəzetində bu nəşrin müxbiri Georgi Milkovun “Afərin, Azərbaycan!” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, paytaxtımızın günbəgün gözəlləşməsi, Bakının və ətraf ərazilərin qədim və müasir görməli yerləri, ölkənin regionlarının inkişafı barədə söhbət açılır. Məqalə müəllifi yazır ki, Bakını görənlərin “Neftdən əldə edilən pullar haraya gedir?” sualı heç vaxt ağlına gəlməz. Ona görə ki, bu pulların haraya sərf olunması göz qabağındadır - altızolaqlı yeni müasir yollar çəkilir, bütün zəruri infrastruktur obyektləri ilə təchiz olunmuş yeni yaşayış kompleksləri, müəssisələr, xəstəxanalar, məktəblər, istirahət və əyləncə parkları, bir sıra başqa obyektlər tikilir.
Məqalə müəllifi yazır: “Təəccüblü də olsa, bütün bu işlər cəmi 10 ildə görülüb. Keçən əsrin 90-cı illərinin ortalarında mən Bakıya ilk dəfə gələndə hələ sovet dövründə tikilmiş “İnturist” mehmanxanasında qalırdım. O vaxt nömrələrin yarısı yararsız vəziyyətdə idi. Müsafirlərə çox cansıxıcı şərait təklif olunurdu. Otaqlarda pəncərələrin çoxunun şüşələri sınmışdı. Bu gün isə Bakıda dəbdəbəli müasir mehmanxanalar çoxdur. Təkcə keçən il burada məşhur dünya brendlərinin beş yeni beşulduzlu oteli istifadəyə verilib”.
Bakını çətinliklə tanıdığını etiraf edən müəllif göstərir ki, burada yeganə oriyentir şəhərin köhnə hissəsi - İçərişəhərdir. Məqalədə deyilir: “Əsrarəngiz Qız qalası hələ də bu şəhərin qədim rəmzi kimi ucalır”. İçərişəhərdə yerləşən qədim abidələri, o cümlədən Şirvanşahlar sarayını ətraflı təsvir edən müəllif Bakıdakı yeni memarlıq qurğularının möhtəşəmliyinə, bərpa olunmuş teatr binalarına və yaşayış evlərinə heyran olduğunu gizlətmir.
“Flame Tovers” qüllələrini Bakının yeni rəmzi adlandıran bolqar jurnalisti şəhərin parklarında aparılmış abadlıq işlərini də qeyd edir, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adını daşıyan parkı daha ətraflı təsvir edir.
Məqalə müəllifi Azərbaycan paytaxtının şəhərətrafı bölgələri barədə söhbət açaraq göstərir ki, Abşeron yarımadasının bir sıra yerlərində zərdüştilik ənənələrinin əlamətləri, atəşpərəstlərin sitayiş obyektləri indiyə qədər qalır: “Ən güclü təsir bağışlayan məbəd “Atəşgah” adlanır. Eramızın ikinci əsrində atəşpərəstlər tərəfindən tikilmiş bu məbədin yerləşdiyi ərazi müqəddəs ziyarətgah sayılır. Hətta uzaq Hindistandan buraya gələnlər əbədi məşələ sitayiş edirlər. Abşeronda qaçaq-quldurların və yadelli düşmənlərin hücumlarından müdafiə məqsədi ilə tikilmiş qəsrlər və qüllələr çoxdur. Bu abidələrin bir qismi demək olar ki, ilkin görkəmini qoruyub saxlayıb, digərlərində bərpa işləri aparılır. Müəllif Yanardağ, Qobustan və başqa abidələrə xüsusi diqqət yetirir”.
Məqalənin əvvəlində neftdən əldə edilən gəlirlərin haraya sərf edilməsi məsələsindən söhbət açan müəllif sonda Azərbaycanın iqtisadi nailiyyətlərini sadalayır: “Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcmi təxminən 140 milyard ABŞ dollarına bərabərdir. Hökumət yaxşı başa düşür ki, neft haçansa tükənəcək. Buna görə də müxtəlif sahələrə sərmayə qoyulur, regionlar inkişaf etdirilir. Ölkədə bir milyondan çox yeni iş yerləri açılıb. Yoxsulluq göstəricisi xeyli azalıb. Ölkədə istehsal edilən ümumi məhsulun dəyəri 70 milyard ABŞ dollarına bərabərdir”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info