Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb
Tarix: 11.07.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
Bununla bağlı Dövlət Sosial Müdafiə Fondunda (DSMF) təqdimat keçirilib.
DSMF-in sədri Səlim Müslümov məlumat verib ki, fondda bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb. Pensiya yaşına çatmış hər bir vətəndaş bu nömrəyə zəng vurub şəxsiyyət vəsiqəsinin nömrəsini deməklə pensiya təyinatı hüququnu dərhal reallaşdıra bilər. Bu məlumat sistemə daxil edilir və təsdiqləndiyi halda DSMF-in fərdi məlumatlar bazasına köçürülür. Beləliklə, vətəndaşa ona təyin olunan pensiyanın məbləği və plastik ödəniş kartını alacağı müvəkkil bankın filialının ünvanı haqqında məlumat çatdırılır.
S.Müslümov vurğulayıb ki, bu proses ümumilikdə bir neçə dəqiqə çəkir. Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası üzrə tətbiq olunmağa başlanılıb. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşdırılmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq.
Tədbirdə bu yeniliyin sistemdə şəffaflığın daha da artırılmasına, əlavə vaxt itkisinin qarşısını alınmasına xidmət etdiyi bildirilib. Qeyd edilib ki, vətəndaşlar 2006-cı il yanvarın 1-dək olan iş stajlarının qeydiyyata alınmasında fəallıq göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydə alınmış elektron məlumatlar əsasında aparılır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info