“İbrahimbəyov müxalifəti barmağına dolayır”
Tarix: 11.07.2013 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


“Milli şura” da müxalifəti birləşdirə bilmədi

Yarandığı gündən qarşısına müxalifəti birləşdirməyi məqsəd kimi qoyan “milli şura”da artıq ciddi problemlər yaşanır. Vahid namizədlik məsələsində hələ də tam razılığa gələ bilməyən müxalif liderlərin söz atmacaları isə günbəgün artır. Siyasi şərhçi Qabil Hüseynli “Palitra”ya müxalifət daxilində yaşanan intriqa və qarşıdurmaları şərh edib.
“Milli şura”da belə vəziyyətin yaranacağı qabaqcadan gözlənilən idi. Çünki Azərbaycan siyasi müxalifəti birdən-birə Pənah Hüseynin təbirincə desək özünün rejissoru olmadığı oyunun içinə düşdü. Müxalifət liderlərinin bu oyunun gizlinlərinin çoxundan xəbəri də yoxdu. Bu mənada, bəzi oturuşmuş partiyalar özünün klassik dəyərlərinə təhlükənin olub- olmayacağı haqda ciddi şübhələrə düşməyə başlayıb. Hər bir partiya üçün qırmızı xətt var. O xətdən o tərəfə keçmək olmaz. Amma Rüstəm İbrahimbəyov bu partiyalar üçün heç bir xətt qoymayıb. Bunu siyasi liderlər başa düşsələr də, özləri oyunun rejissoru olmaq əvəzinə Azərbaycan gerçəkliklərindən uzaq olan, milli duyğulara yad olan bir şəxsin ardı ilə getməyə başladılar”.
Politoloq deyir ki, Rüstəm İbrahimbəyov nə qədər məşhur şəxs olsa da onun siyasi addımları çox uğursuzdur: “Bizim xeyli məşhur şəxslərimiz var. Sadəcə olaraq onlar bəzi səbəblərdən Rüstəm İbrahimbəyov kimi siyasi arenaya çıxmayıblar. Ümumiyyətlə, İbrahimbəyov bəzi məsələlərdə diribaş olub. Hökumət də ona hər sahədə münbit şərait yaradıb ki, yaradıcılıqla məşğul olub , eyni zamanda lazım gələndə biznesə də girişsin. Amma məndə böyük bizneslə məşğul olan adamın böyük yaradıcı olmasına ciddi şübhələr yaranıb. Çünki böyük biznes o qədər enerji və vaxt aparır ki, yaradıcı adam üçün lazım olan komfort mühitini bizneslə məşğul ola-ola qurmaq mümkün ola bilməz. İbrahimbəyovun kosmopol olmadığını deyirlər. Amma onun yaradıcılığına və verdiyi müsahibələrə baxanda görürsən ki, bu adam erməni ilə qəlb-qəlbədir, Rusiyanı isə özünə ən yaxın bir ölkə kimi bildirir. Amma həmin sözləri azərbaycanlılara münasibəti haqda demək olmur. Xüsusilə, onun qaçqın və məcburi köçkünlərin Bakıya axışmasına sərt fikir bildirməsi diqqətdən qaçmır”.
Qabil Hüseynli deyir ki, həmişə əzmkar və prinsipial görünməyə çalışan siyasi müxalifətin birdən-birə Rüstəm İbrahimbəyovun hansısa vədlərinə inanması anormal görünür: “Əlbəttə bu məsələdə müxalifət daxilində ələkçinin qıl verənləri də var. Müxalifətin bir qismi “milli şura”da birləşməyi bacardı. Amma kinorejissor və tez-tez siyasətdən uzaq olduğunu deyən bir adamdan “milli şura”ya sədrliyi və vahid namizədliyi ələ keçirəndən sonra ciddi qalmaqallı açıqlamalar da gəlməyə başlayıb. Bu adam ya siyasətçi olmaması məharəti ilə, ya da kənardan edilən göstərişlər səbəbindən artıq özünün oyun qaydalarını diktə etməyə başlayıb. Rüstəm İbrahimbəyov deyir ki, hələlik “milli şura”da mənlik iş yoxdur, mən filan yerdə münsiflər heyətinin üzvüyəm bu işi başa çatdırmalıyam və s. Bunlar hamısı gülməli görünür. Yaradıcılığa az-çox bələd olan bilir ki, yaradıcı adam kənar işlərlə məşğul olmur. Bir sahəyə özünün intellektini yönəltmək üçün o, ancaq bir işlə məşğul olur. Bu isə, bir əlində 7-8 qarpız tutub. Onun da ən böyüyü siyasətdir. Rüstəm İbrahimbəyov Azərbaycanda siyasi hakimiyyəti dəyişəcəyini gülməli şəkildə bəyan edir. Görün bu adam nə qədər böyük iddilarla yaşayan insandır... Qısası, belə iddialı görünməyə çalışan şəxs qaynar məsələlərin əsas nöqtəsində olmaq istəmir. O, Bakıya gəlmək, “milli şura”nın sessiyalarında iştirak etmək və ya xalq içinə də çıxmaq istəmir. Rüstəm İbrahimbəyov şərt qoyur ki, mən yalnız namizədliyim qeydə alınandan sonra ölkəyə qayıda bilərəm. Bəs sənin üçün 400 min imzanı kim toplayacaq? “Milli şura”nın üzvlərimi bunu etməlidir? İddialı danışınca, ölkəyə gəl heç olmasa 5-6 adam sənin üzünü görsün. Fanatik müxalifətçilər də üzünü görmədikləri adam üçün imza toplamazlar. Ona görə də, “milli şura”da qırmızı xətti keçmək istəməyən adamlar var və bu şəxslər öz namizədliyi məsələsini gündəmdə saxlayıb irəli sürmək iddiasındadırlar. Yəqin ki, yaxın vaxtlarda həmin şəxslər namizədliyini irəli sürəcək. Burada təəccüblü heç nə görmürəm. Kimsə Moskvadan bəyanatlar verə-verə gəlib ölkədə siyasi dəyişiklik həyata keçirə bilməz. Bu nağıl və yuxudur. Bu seçki prosesi adlanan bir işdir. O, özündə çox böyük incəlikləri və emosional yaşantıları birləşdirir. Müxalifətin namizədi ola-ola sənin hardasa kommersiya işini başa çatdırandan sonra ölkəyə gələcəyini deməyin adamları barmağına dolamaqdır. Bu mənada Müsavatla AXCP arasında intirqaların yaranması da gözlənilən idi. İndi bu qarşıdurmaların daha irimiqyaslı olması gözlənilir. Qarşıdurmalar bir yana, Rüstəm İbrahimbəyov heç Bakıya gəlməyəcək. Ona görə də, “milli şura”nın bir neçə təmsilçisi də vahid namizəd kimi meydana çıxmağa çalışacaq. Qurum daxilində indidən yaranmış fikir ayrılıqları böyüyərək qurumu ciddi sual qarşısında qoyacaq”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info