Partiyalar “milli şura”nı tərk edirlər?
Tarix: 11.07.2013 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


ACP, KXCP, ALP kimi qurumlar yeni birlik yaratmaq istəyirlər

Müxalifət düşərgəsində “Demokratik Qüvvələrin Birliyi” adlı siyasi ittifaq təsis edilib. Bununla bağlı qərar AMİP qərargahında Açıq Cəmiyyət Partiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP), İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası (XAP) və AMİP rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda verilib. AMİP sədri Yusif Bağırzadə bildirib ki, birlik Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə demokratik siyasi sistemə seçki yolu ilə dinc keçidə nail olmaq uğrunda mübarizə aparan, siyasi partiyaları birləşdirən qurumdur.
Yeni birliyin yaradılması ilə Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) fəaliyyətinə xitam verilib: “Biz Demokratik Qüvvələrin Məşvərət Məclisini təsis edəndə də demişdik ki, bu qurum bir məşvərətçi orqandır. Əgər bu quruma daxil olan partiyaların əməkdaşlığı inteqrasiya şəklində olsa, daha da dərinləşsə, əməkdaşlıqdan böyük bir ittifaqa-tərəfdaşlığa çevrilə bilər. Məşvərət Məclisindən fərqli olaraq, burada qəbul olunan qərarlar icbari xarakter daşıyır, qərarlar isə konsensus yolu ilə qəbul olunur. Bu birlik ancaq siyasi partiyaların birliyidir”. Y.Bağırzadə qeyd edib ki, birliyin əsas fəaliyyət istiqaməti ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının təmin olunmasına yönəlmiş təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq, onları aid olduğu dövlət orqanlarına təqdim etməkdən ibarətdir: “Eyni zamanda fəaliyyətimizə ölkədaxili və beynəlxalq problemlərin birgə müzakirəsini təşkil etmək, üzv olan siyasi partiyaların həmin problemlərin aradan qaldırılmasına dair ortaq mövqeyini formalaşdırmaq aiddir”.
Maraqlıdır ki, müxalifətdə yeni bir birlik yaratmaq istəyən adlarıçəkilən partiyalardan ACP, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası kimi qurumlar indiyə qədər müxalifətin bir qisminin bir araya gətirdiyi “milli şura” adlı qurumda təmsil olunurdular. Görünür, bu partiyalar “milli şura”dakı dartışma və ziddiyyətlər üzündən yeni və perspektivli bir birlikdə təmsil olunmağa qərar veriblər. “Milli şura”da müxtəlif səbəblərdən çalxalanmaların və qarşıdurmaların intensivləşməsi oradakı partiyaları başqa qurumlara keçməyə vadar edib. Onsuz da “milli şura”nın həm ideoloji, həm də ambisiyalar baxımından əksliklərdən təşkil olunduğu göz qabağında idi. Üstəgəl, Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü ilə Müsavatın ayrı-ayrılıqda qurumu nəzarətə götürmək istəyi və qarşılıqlı qovğalara start vermələri digər partiyaların oradan uzaqlaşmasını sürətləndirir. Bunu “milli şura”da təmsil olunan adlarıçəkilən partiyaların yeni qurumlar formalaşdırmaq səylərindən də sezmək mümkündür.
Elə ACP sədri Sülhəddin Əkbər də az öncə bildirmişdi ki, belə getsə, “milli şura”nı tərk edəcəklər...

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info