Azərbaycan Şərq-Qərb nəqliyyat-rabitə dəhlizinə çevrilir
Tarix: 11.07.2013 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


«Demokratiyaya transformasiya prosesi dövlətçiliyin inkişafında vacib mərhələdir. Məhz onun qüvvəsi sayəsində bu siyasət effektiv dövlətçiliyin qurulmasına istiqamətlənən kursdur. Dövlət müstəqilliyi, öz növbəsində institusional demokratiyanın formalaşmasının dayaq nöqtəsidir».
Ümummilli lider Heydər Əliyev

Bu gün Azərbaycanda müstəqillik prinsiplərinə dayanan milli dövlətçilik yaradılıb. Azərbaycanın Avropaya inteqrasiyası vacib məsələlərdən biri və Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi baxımından çox əhəmiyyətli olsa da, Avropa mədəniyyəti ilə ayaqlaşan və demokratik dəyərləri paylaşan, Avropanın bir hissəsi kimi Azərbaycan Respublikası Avropa ailəsinə daxil olmaq üçün öz strateji məqsədlərini önə çəkir. Avropaya inteqrasiyası üzrə Azərbaycanın prioritet istiqamətləri kimi bunları sadalamaq olar:
1. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və Avropaya inteqrasiyaya hər zaman müsbət yanaşıb və bu işdə öz potensialını təklif edir.
2. Azərbaycan xalqı Avropa dəyərlərinə qoşulur: o, təhsilin, demokratiyanın inkişafına can atır, başqa xalq və dinlərə qarşı tolerantdır, mədəni dəyərləri yüksək şəkildə qiymətləndirir.
3. Azərbaycanda Avropa standartlarına cavab verən iqtisadi, siyasi, hüquq və sosial islahatlar aparılır.
4. Qərb ölkələri ilə qlobal, energetik və nəqliyyat layihələri reallaşdırılır.
5. Ölkənin bütün daxili və xarici siyasəti Avropa sistemi çərçivəsində qurulur.
6. Regionda strateji əhəmiyyətə malik Azərbaycan Avropanın Şərq-Qərb nəqliyyat-rabitə dəhlizində çevrilir;
7.Azərbaycan böyük imkanları olan ölkə kimi, regionda sülhün və əməkdaşlığın bərpasına çalışır.
8. Siyasi, müdafiə və iqtisadi strukturlara inteqrasiya məsələlərində Azərbaycanın strateji məqsədi tarixi istiqamətlərdən və cəmiyyətimizə xas olan siyasi, iqtisadi proseslərin məntiqi inkişafından bəhrələnir.
9. 1992-ci ildən müstəqil Azərbaycanın daxili və xarici siyasətində Avropa ilə birləşmə birinci istiqaməti tutur, Avropa Birliyi ilə fəal əməkdaşlıq inkişaf edir.
Qeyd etmək lazımdır ki, sivil dövlət demokratik dəyərlərin əsasında, insan hüquqlarına riayət, siyasi, iqtisadi azadlıq və qanunun hakimliyi üzərində yarana bilər. Demək olar ki, Azərbaycan bu gün Avropa dövlətləri arasında layiqli yer tutur; təcrübə və potensialı, geosiyasi, iqtisadi, tarixi və mədəni xüsusiyyətləri Azərbaycanın Avropa ilə əməkdaşlığında, nailiyyətlərdə, ictimai həyatın bütün sahələrində inkişafında, Avropa, Asiya və şərq dövlətləri ilə dialoqun və əlaqənin inkişafına imkan yaradır. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan sabitliyi bərpa edə və demokratik, iqtisadi islahatlara nail ola bilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, «biz – özünü təmin edən ölkəyik və bu halda biz «ikili standartlar» və xaricdən təsir olmadan qarşılıqlı münasibətlər qurmalıyıq».
Demokratikləşmə prosesinə münasibətdə xüsusi qeyd etmək istərdik ki, Azərbaycan hökuməti demokratik dövlətin yaranmasına istiqamətlənir. İnsan hüquqları, qanunverici islahatlar, demokratiya sahəsində bilgilər, dövlət və cəmiyyət arasında münasibətlərin inkişafı kimi vacib sahələri əhatə edən birgə proqramın məqsədyönlü layihələri demokratik islahatlar prosesinə və uğurlu nəticələrə imkan yaradır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasının Avropaya inteqrasiyasına dair dövlət komissiyasının yaradılması haqqında» 1 iyun 2005-ci il fərmanı ilə Azərbaycanla Avropa Birliyi arasında əlaqənin möhkəmlənməsi, birgə fəaliyyət planının hazırlanması və bu istiqamətdə gedən işlərə dair məsələləri irəli sürdü və bu gün yeni əməkdaşlıq yollarının axtarışındadır.
Bir çoxları Şərqlə Qərb arasında çoxlu problemlər olduğunu, onların heç vaxt görüşməyəcəyi fikrini irəli sürürlər. Amma biz bilirik ki, Azərbaycan çox vaxt bu iki sivilizasiyasının görüşmə, əməkdaşlıq yeri olub, Şərqdəki bir çox mədəni proseslərin önündə gedib. Hələ 1918-1920 illərdə (Xalq Cümhuriyyəti dövründə) Azərbaycan Cənubi Qafqaz xalqları arasında qarşılıqlı anlaşmanın güclənməsi üçün qüvvəsini əsirgəməmiş, Avropa ilə əməkdaşlıq sahəsində ardıcıl iş aparıb. Vaxtilə Avropa Şərqdən bütün sahələrdə geridə idi. “İnsan azadlığına sayğı və tolerantlıq” Qərbi irəli aparan amillər oldu. Bizim məqsədimiz də məhz bu dəyərlərə yiyələnmək, onları analiz edərək çıxış yolları tapmaqdır və bu yol Azərbaycan universitetlərindən və mədəniyyətimizin inkişafından keçir. Bununla yanaşı 1920-ci illər zamanı Azərbaycanın Sovet ittifaqına inteqrasiyası zamanı mədəniyyətimizin, musiqimizin və musiqi alətlərimizin, din, elm, poeziya və digər sahələrimizin eləcə də, aydınlarımızın repressiyaya məruz qaldığını xatırlamalıyıq. Bu mənada hər hansı bir inteqrasiya milli mənəvi dəyərlərə xələl gətirilmədən həyata keçirilməlidir. Xatırladaq ki, Avropa Birliyinin “Azərbaycan Milli Məclisinə dəstək” tvinniq (əkizlər) layihəsi çərçivəsində 2009-cu il tarixdə Milli Məclisdə Avrointeqrasiya bölməsi yaradıldı. Bölmə Azərbaycan qanunvericiliyini Avropa Birliyi standartlarına uyğunlaşdırmaqla məşğul olur. Bu bölmənin fəaliyyət göstərməsi qanunların təsnifləşdirilməsinə, ciddi təhqiqatların aparılmasına, ekspertizaların həyata keçirilməsinə imkan verəcək. Bölmənin fəaliyyəti bir tərəfdən qanunların keyfiyyətinə təsir edir, digər tərəfdən parlamentlərarası əlaqələrin genişlənməsini təmin edir. Amma qanunvericiliyin təkmilləşməsi o demək deyil ki, onlar tətbiq edilir. Bu mənada qanunların icra olunması sahəsində işlər davam etdirilməli və yeni mexanizmlər hazırlanmalıdır. Digər tərəfdən bu gün Avropa Birliyinə üzvlük bizim üçün arzu olunan perspektivdir, amma Azərbaycanın imkanları var ki, Avropa Birliyi standartlarına uyğun islahatlar aparıb inkişaf edə bilsin. Bu baxımdan ən vacib məsələ təfəkkürün dəyişməsidir, ictimai şüurda Avropaya inteqrasiyanın dərk edilməsi, Avropa dəyərləri ilə milli dəyərlər arasındakı bağlılığı üzə çıxarmaq və bu istiqamətdə təbliğat aparmaqdır . Avropa dünya sivilizasiyasının aparıcı mərkəzlərindən biridir və Azərbaycanın gələcəyi Avropa ilə bağlıdır. Yalnız bu düşüncə hakim olduğu halda inkişaf mümkündür.
Yaz ıAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Avropa Inteqrasiyası - Dövlətin Siyasətinə Dəstək” adlı layihəsi çərçivəsində hazırlanıb

Lyudmila Xəlilova

Bakı şəhər Qaraçuxur Bələdiyyəsinin Hüquq Məsələləri Daili Komissiyasının rəhbəri, Qadinlar Bələdiyyələrin İnkişafı Uğrunda İ.B. sədri,“Avropa Inteqrasiyası - Dövlətin Siyasətinə Dəstək” Layihənin eksperti




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info