“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
Tarix: 10.12.2018 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Eduard Şarmazanov:” Parlament seçkiləri dövlət başçısının şəxsi təzyiqləri, təhdidlər və nifrət atmosferi altında keçirildi».

Beləliklə, Ermənistanın Mərkəzi Seçki Komissiyası dekabrın 10-da keçirilmiş erkən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Gözlənildiyi kimi, 70.43 faiz səslə birincilik qazanan Paşinyanın «Mənim addımım» bloku seçki marafonunun qalibi elan edilib. Maraqlıdır ki, dünəndən erməni saytları Paşinyanın qələbəsini «bəh-bəhlə» təqdir etməyə başlayıblar. Bu seçkilərin dünyanın nüfuzlu medialarının əsas mövzularından biri olduğunu da iddia edən erməni saytları, hətta həmin nəşrlərdən Paşinyan tərəfdarlarını qane edən nümunələr də gətirirlər. Bəs əsl reallıq nə deyir? Seçkilərin inqilabçı eyforiya dalğası ilə təşkil edildiyini bildirən erməni analitik Qevorq Poqosyana görə, « bu duyğular seçkilərdən sonra qaçılmaz olaraq azalacaq, Paşinyan və onun komandası əsl reallıqla üzləşəcək».
«Paşinyan bizə yeni bir həyat üçün impuls vermiş oldu. Mən Ermənistanın gələcəyinə inanıram» -deyən sadə erməni seçicisindən fərqli olaraq, başqa bir seçici Bella Nazaretyan: «Paşinyan xalqın ona bəslədiyi ümidlərini manipulyasiya edir»-deyə bildirib. Onun sözlərinə görə, Paşinyan populist və yalançıdır: «Mən əminəm ki, uzağı yaza qədər insanların gözləri açılacaq və onlar kimə xidmət etmək istədiklərini görəcəklər». Maraqlıdır ki, Nazaretyanın fikirlərinə digər bir seçici, 37-yaşlı mühəndis Saak Mxitaryan da qahmar çıxır. Mxitaryana görə onu daha çox Paşinyanın «ayrı-seçkilik ritorikası» narahat edir: «Ermənistanda daxili düşmənlərin görüntüsünü yaratmağa çalışan Paşinyan, onun fikirlərini bölüşməyənlərə nifrət edir».
«Ötən bazar Ermənistanda keçirilən erkən parlament seçkilərinin nəticələri ölkənin gələcək xarici siyasətinə, o cümlədən Rusiya ilə münasibətlərin formalaşmasına təsir göstərə bilər».
Bu fikirləri MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev «Rusarminfo» saytına verdiyi açıqlamada bildirib. O, seçkilərdə baş nazir Nikol Paşinyanın nəzarətində olan «Mənim addımım» blokunun qalib gələcəyini istisna etməsə də, Respublikaçılar Partiyasının parlamentdə yer almasını Rusiya üçün önəm kəsb edən əsas məsələlərdən biri olduğunu bildirib: «…Burada vacib məsələlərdən biri də radikalların parlamentdə yer alması məsələsidir. Əgər bu həyata keçsə, təbii ki, Rusiya-Enmənistan münasibətlərini çətinləşdirəcək və iki ölkənin münasibətlərinə mənfi təsir göstərəcək»
Yevseyevin fikrincə, Paşinyanın formalaşdırdığı yeni parlament xarici siyasətə elə də ciddi təsir göstərə bilməyəcək: «Bununla belə, Respublikaçılar Partiyasının müxalif kimi parlamentdə təmsil olunması Ermənistan üçün son dərəcə faydalı olardı. Əks halda, yeni parlamentin mənası çox azdır». Xatırladaq ki, bir müddət bundan əvvəl elə bu sayta açıqlama verən Yevseev: «Ermənistanda keçirilən seçkilərdə qələbə qazanan hakimiyyət ölkə üçün mənfi nəticələrə səbəb ola bilər»-deyə bildirmişdi.
Nikol Paşinyan isə parlamentdə inqilabi əksəriyyətin formalaşacağını bəyan edib : «Əslində, Ermənistan vətəndaşları parlamentdə inqilabi çoxluq təşkil edirlər. Əgər bu tendensiya davam edərsə, bu halda, qanunvericilikdə dəyişikliyik edilməsi üçün heç bir problem olmayacaq». Paşinyan Respublikaçılar Partiyasının yığdığı səsə də münasibət bildirib. Paşinyana görə, əgər 18 il hakimiyyətdə olan Respublikçılar dövründə də indiki kimi (?), azad və ədalətli seçkilər keçirilsəydi, bu, mütləq onların iradəsini ortaya qoyacaqdı: «Biz bunu əvvəllər də demişdik- «əgər Ermənistanda qanuni seçkilər keçirilərsə, bu halda, Respublikçılar Partiyasının müəyyən edilmiş baryeri keçə bilməyəcəyini bildirmişdik. Bu gün dediklərimiz gerçəkləşdi».
Ermənistanın Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsinin gündəmdə olduğunu bildirən Paşinyan jurnalistlərə «bütün məqsədlərə çatana qədər inqilabın bitməyəcəyini» bəyan edib. Təbii ki, parlamentdə yer almayan partiya və blok rəsmilərinin də passivlik göstərəcəkləri inandırıcı görünmürdü. Budur, Paşinyanın «qələbəsinə» ilk reaksiya Respublikaçılar Partiyasından gəldi. Belə ki, partiyanını mətbuat katibi Eduard Şarmazanov «Aysor.am» sytına verdiyi açıqlamada deyib: «Ermənistanda keçirilmiş erkən parlament seçkiləri dövlət başçısının şəxsi təzyiqləri fonunda təhdidlər, nifrət atmosferi ilə keçirildi».
Baş verənləri demokratiyadan uzaq proses kimi dəyərləndirən Şarmazanov, səsvermənin nəticələrinin tanınıb- tanınmaması bərədə yaxınlarda Respublikaçılar Partiyasının bəyanat verəcəyini bildirib.
Şarmazanovun sözlərinə görə, erkən parlament seçkilərinin nəticələri Paşinyanı Respublikaçılar Partiyasına qarşı mübarizə aparmaq üçün ilhamlandırıb: «Ancaq bir şey aydındır - Nikol Paşinyanın bütün addımları, boş düşüncələri, Respublikaçılar Partiyası haqqında lənətləri əbəsdir. O, partiyamızı dəstəkləyən 60 min vətəndaşın bir ildə 600 min olacağını unudur». Mətbuat katibi Paşinyana qarşı qanuni üsullarla aparacaqları mübarizənin səngiməyəcəyini bildirib.

Seçici fəallığı çox aşağı olub
Ermənistan MSK-nın katibi Armen Smbatyannın sözlərinə görə, ölkə tarixində ilk dəfədir ki, belə aşağı göstərici ilə üzləşir. Belə ki, ölkə secicilərinin yalnız 39,54 faizi seçkilərə qatılaraq səs verib.
Mərkəzi Seçki Komissiyasına təxminlərinə əsasən, səs verə biləcək erməni vətəndaşlarının sayı 2,592,479 nəfər olmalı idi (?). Məhz bu baxımdan, ekspertlər bu seçkini olduqca aşağı səviyyəli seçkilər hesab edirlər. “Razılıq” mərkəzinin sədri David Şahnazaryanın sözlərinə görə, bu, ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək. Onun sözlərinə görə, seçki kampaniyası mövcud hökumət üçün böyük problemlər yaradıb: "Bu, Ermənistan tarixində ən utancverici seçkilərdən biri kimi erməni tarixinə düşəcək. Belə ki, seçki kampaniyası ilk gündən təhdidlər, zorakılıq və iqtidar gücündən sui-istifadə ilə müşayiət olunmağa başlamışdı.
Amma şübhə etmirəm ki, özlərini Ermənistan Respublikasının vətəndaşı hesab edənlərin hamısı doğru seçim etdi"

Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info