Gənclər üçün “yay məktəbi”
Tarix: 11.07.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Əhalinin istehlak səviyyəsinin artması, yüksək yaşam standartları və həyat tərzinin dəyişməsi ilə əlaqədar olaraq 2050-ci ildə dünya üzrə tullantıların həcmi illik 27 mlrd. ton təşkil edəcək.
“Təmiz Şəhər” ASC-nin məlumatında bildirilir ki, bu səbəbdən tullantıların idarə olunması Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da diqqət mərkəzində duran əsas məsələlərdəndir və bu məqsədlə “Təmiz Şəhər” tərəfindən gənc nəslin bu sahədə biliklərinin artırılması və mütəxəssislərin yetişdirilməsinə böyük diqqət yetirilir. ASC tərəfindən ənənəvi olaraq hər il gənclər üçün “yay məktəbi” təşkil olunur. Yay məktəbləri tullantıların idarəolunması sahəsində gənclərin maarifləndirilməsinə, gənclərin ekoloji mədəniyyətinin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə xidmət edir. Qeyd edək ki, 2010-cu ildən etibarən Quba, Şəki, Lənkəran şəhərlərində keçirilən yay məktəblərinin davamı olan dördüncü “Təmiz Şəhər naminə” yay məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Mingəçevir şəhərində keçirilir. Bildirilir ki, 50 nəfər tələbənin qatıldığı “Təmiz şəhər naminə” tələbələr üçün yay məktəbi təlim-tədris və mədəni-idman hissələrindən ibarət olacaq. Təlim-tədris hissəsində ekologiya və tullantıların idarə olunması sahəsində yerli mütəxəssislər tərəfindən mühazirələr deyiləcək və ictimai debatlar şəklində davam etdiriləcək. Təlimdə tullantıların idarəolunması, ətraf mühitin mühafizəsi və “yaşıl düşüncə” kimi maarifləndirici sessiyalarla yanaşı, natiqlik və debat formatı üzrə praktiki kurslar keçiriləcək. Gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün kursun mədəni-idman hissəsində müxtəlif intellektual və idman oyunları təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info