Ermənistanda inflyasiya 106,5 faizə çatıb
Tarix: 11.07.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Ermənistanda iyun ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 106,5 faizə çatıb. Bu haqda məlumat yayın «Nyus.am» yazır ki, ən həyəcanlı məqam əsas ərzaq məhsullarının qiymətinin artmasıdır. Belə ki, qeyd edilən dövrdə əsas ərzaq məhsullarının qiyməti orta hesabla 9 faiz, tibbi xidmət və dərmanların qiyməti isə 12,6 faiz artıb.
Ermənistan bazarlarındakı qiyməti analiz edən sayt əməkdaşları qeyd edirlər ki, iyun ayında İrəvan bazarlarında satılan almanın qiyməti 45 faiz bahalaşıb.
Əsas ərzaq məhsullarından olan kartofun qiyməti 13,8 faiz bahalaşıb. Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi kartofun qiymətinin tədricən aşağı düşəcəyini proqnozlaşdırır. Amma ekspertlər məhsuldarlığın aşağı düşməsi fonunda qiymətin azalacağının inandırıcı olmadığını qeyd edirlər. Bahalaşan məhsuların sırasında soğan və sarımsaq da var. Ötən il xaricdən də idxal edilən soğan və sarımsağın qiyməti bu yay 13,9 faiz bahalaşıb. Sayt qeyd edir ki, hakimiyyət ərzaq məhsularının qiymətinin bahalaşmasını hava şəraiti ilə əlaqələndirməklə vəziyyətdən çıxmağa çalışır. Amma bazarlardakı fantastik qiymət artımının sadəcə bir səbəbi hava şəraiti ilə bağlıdır. Çörəyin bir kiloqramının qiyməti 7,2 faiz bahalaşıb. Un məmulatlarından makaronun qiyməti 17,8, vermişelin qiyməti isə 17,6 faiz bahalaşıb. Eyni hal süd məhsullarının qiymətində də qeydə alınıb. Təzə südün qiyməti 20 faiz, süd məhsullarının qiyməti isə 12,3 faizdən 20,4 faizə qədər bahalaşıb. Araşdırma nəticəsində ət məhsullarının da qiymətində artım olduğu müşahidə edilib. Qeyd edilib ki, ötən il Ermənistan xaricdən 33,6 ton quş əti idxal edib. Buna baxmayaraq, iyun ayında toyuq bud ətinin qiyməti 20,8 faiz bahalaşıb. Yumurtanın da qiymətində eyni faizdə bahalaşma baş verib. İrəvan bazarlarında portağalın qiyməti 11,6, limonun qiyməti 26,7, bananın qiyməti isə 12,5 faiz bahalaşıb. «Bu yaxınlarda mavi yanacağın da qiyməti artıb. Buna bağlı olaraq yaxın günlərdə ictimai nəqliyyatda da qiymət artımının olacağı gözlənilir».
Anar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info