“İran TAP layihəsində iştirakla bağlı fikirləşə bilər”
Tarix: 11.07.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“İran indiyədək TAP layihəsində iştirak etmək üçün hər hansı təklif almayıb”. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın bildirib. İranın bu layihədə iştirakının mümkünlüyü barədə danışan səfir qeyd edib ki, İran Avropaya qazını Türkiyə vasitəsilə ixrac edir: “Əgər yeni bir istək olsa, biz bu barədə fikirləşə bilərik. Biz Avropaya qaz satmaqda israr etmirik, onların daha çox enerjiyə ehtiyacı var.
Təbii, bizim neft və qaz ehtiyatlarımız çoxdur, qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci yerdəyik. Hər hansı bir ölkənin xahişi olsa, biz bunu nəzərdən keçirərik”. Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, İranın münaqişənin həlli üçün vasitəçilik etməsi üçün ilk növbədə Azərbaycanla Ermənistanın razılığı olmalıdır: “Hər iki tərəfdən razılıq alınsa, İran Qoşulmama Hərəkətinin sədri və İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri kimi müvafiq ölkələrlə müşavirələrə, müzakirələrə başlayacaq, özünün kompleks şəkildə olan layihəsini müzakirəyə çıxaracaq”.
ATƏT-in Minsk qrupunun fəaliyyətini şərh edən İran səfiri bildirib ki, Minsk Qrupu indiyə kimi heç bir iş görməyib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info