ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər Çini narahat edir
Tarix: 11.07.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Çin firmalarının Amerika bazarlarında fəaliyyətinə, habelə Çindən yüksək texnologiya məhsullarının ixracına Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlər Çində narahatlığa səbəb olub.
ABŞ paytaxtında Amerika-Çin strateji və iqtisadi əməkdaşlıq məsələlərinə dair dialoqun növbəti raundunun çinli iştirakçıları bunu açıq bəyan ediblər. “Sinxua” agentliyinin verdiyi məlumata görə, ikitərəfli ticarətin və investisiyaların genişləndirilməsinə həsr edilmiş xüsusi iclasda Çin nümayəndələri proteksionizmə qarşı etirazlarını bildirib, iqtisadi məsələləri siyasiləşdirməməyə çağırıblar. Agentlik yazır: “Çin tərəfi bildirib ki, həm Çində, həm də ABŞ-da iqtisadi dəyişikliklərin indiki mərhələsində iqtisadi əməkdaşlığa əngəllərdən daha çox, əlverişli imkanlar yaranır”.
Çin Amerika investisiyalarını alqışlayır və xüsusən xidmətlər sahəsində öz bazarlarını açmaqda davam edəcək. Eyni zamanda Pekində güman edirlər ki, ABŞ Çin şirkətlərinin, o cümlədən bu ölkənin dövlət şirkətlərinin Birləşmiş Ştatlarda fəaliyyət meydanını təmin edəcək.
Son vaxtlar Vaşinqton Çin şirkətlərinin ABŞ-da fəaliyyətini məhdudlaşdıran tədbirlər görüb. Məsələn, Çinin “ZTE” və “Huawei” telekommunikasiya şirkətləri bu cür tədbirlərə məruz qalıb. Amerikanın hakimiyyət orqanları həmin şirkətləri şəbəkə casusluğunda günahlandırıb və onların ABŞ-a avadanlıq gətirməsini qadağan ediblər. Çin isə belə hesab edir ki, bu cür məhdudiyyətlər “siyasi motivlər” və rəqabət mübarizəsi ilə bağlıdır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info