“Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir”
Tarix: 11.07.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Avropanın nüfuzlu “Neurope.eu” analitik resursunda Moldova ombudsmanı xanım Aureliya Qriqoriunun Ermənistanda keçirilən insan hüquqları üzrə konfransın təşkilatçıları tərəfindən məruz qaldığı hədə-qorxu və təqiblərdən bəhs edən "Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir” sərlövhəli məqalə yerləşdirilib.
Yazının müəllifi Silan Doneli moldovalı ombudsmanın Ermənistanın 20 il əvvəl Azərbaycan torpaqlarını işğal etməsi və bu ölkənin vətəndaşlarına qarşı soyqırımı törətdiyini bildirməsi ilə başlanan qalmaqalın sonradan Yerevanda ona qarşı hədə-qorxu və təhdid kampaniyasının genişlənməsi ilə daha kəskin xarakter aldığını bildirib. Məqalədə deyilir:
“İyulun 4-də İrəvanda keçirilən konfransda Aureliya Qriqoriu bəyan edib ki, 1992-ci il fevralın 26-da keçmiş sovet hərbçiləri tərəfindən dəstəklənən Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Xocalı şəhərinə hücum edərək 613 nəfər dinc sakini qətlə yetiriblər. Bu şəhər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə daxildir. Moldovalı ombudsman, həmçinin Ermənistanın hazırda Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını vurğulayıb. A.Qriqoriu bu çıxışından sonra təhdidlərə məruz qalıb və onun Ermənistanı tərk etməsinin qarşısı alınıb. İyulun 8-də keçirilən mətbuat konfransında A.Qriqoriu qeyd edib ki, onun Ermənistanın konstitusiya məhkəməsi tərəfindən təşkil edilmiş Avropa Şurasında hüququn aliliyi və rəsmi şəxslərin mülahizələrinə dair Avropa standartları üzrə konfransındakı çıxışının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, həmçinin regionun digər münaqişələrinə, məsələn Gürcüstanın Cənubi Osetiya, Abxaziya və ya Moldovanın Dnestryanı bölgələrindəki münaqişələrə cəlb etmək olub. Moldovalı ombudsman çıxışının səbəbi kimi dondurulmuş münaqişələrin əhatə etdiyi ərazilərdə insan hüquqlarının pozulmasını göstərib”. Müəllif moldovalı ombudsmanın sözlərinə istinad edərək yazıb: “Öz çıxışımda mən yalnız Ermənistana müraciət etməmişdim, burada, həmçinin Gürcüstan və Moldovadan da söhbət gedir. Ombudsmanlar siyasi oyunçu deyillər. Onlar öz nəticələrini insan hüquqlarının qorunmasına əsaslanaraq təqdim edən hüquq müdafiəçiləridir”.
Daha sonra məqalədə deyilir: “Ermənistanda yaranan çaxnaşmaya baxmayaraq moldovalı ombudsman öz çıxışında heç bir yeni məlumatın olmadığını qeyd edib. O, çıxışının BMT-nin məlum qətnamələrində qeyd edilmiş faktlara əsaslandığını bildirib”. Müəllif daha sonra A.Qriqoriunun sözlərini sitat gətirib: “Mən yalnız münaqişəli ərazilərdə insan hüquqlarının pozulması hallarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istədim. Öz çıxışımda Azərbaycanın Dağlıq Qarabağ regionunda insan hüquqlarının pozulması hallarından əlavə, həmçinin Gürcüstan və Moldovanın Dnestryanı ərazilərini nəzərdə tutmuşdum”. A.Qriqoriu ermənilərin guya onun Azərbaycan dövləti ilə “maraqlarının ortaq olması” böhtanını da rədd edib. Müəllif bildirir ki, Azərbaycan hökuməti xanım A.Qriqoriunun müdafiəsinə qalxıb. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iyulun 8-də yaydığı bəyanatında qeyd edib ki, “hədə-qorxu, böhtan və təhqirlərlə qarşılaşan və ölkəni tərk etməsinə icazə verilməyən Aureliya Qriqoriunun hüquqları ciddi şəkildə pozulub, onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut edib”.
Məqalənin sonunda deyilir: “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili moldovalı həmkarına qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusu halını qətiyyətlə pisləyib. Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları, o cümlədən bütün həmkarlarını Ermənistanda Moldova ombudsmanına qarşı törədilmiş yolverilməz hərəkətlərə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırıb”.

Rasim




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info