Ağsuda süfrə mədəniyyətimizə dair maddi nümunələr aşkarlanıb
Tarix: 11.07.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının əsrlər boyu formalaşan milli-mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan süfrə mədəniyyətinin kökləri qədim zamanlardan başlamış, orta əsrlərdə inkişaf etmiş və bu gün də qorunub saxlanılmaqdadır.
Bu mədəniyyət müxtəlif çeşidli yeməklər, süfrə adətləri ilə yanaşı, həm də rəngarəng qab-qacaq dəstləri ilə də ölçülür. Bu gün “Xaraba şəhər” adlanan orta əsr Ağsu şəhəri ərazisindən arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı qab-qacaq nümunələri məhz xalqımızın zəngin süfrə mədəniyyətinə malik olduğunun əyani göstəricisidir.
Süfrə mədəniyyətinə aid nümunələr daha çox sənətkarların yaşadıqları məhəllədə (üçüncü qazıntı sahəsində) və zəngin ailələrə məxsus ev-otaq yerlərində (dördüncü sahədə) tapılıb. Bu qazıntı sahələrində nəinki yerli, habelə Çində, İranda və bir sıra Avropa ölkələrində istehsal olunmuş xeyli saxsı və çini qablar, habelə onların fraqmentləri aşkarlanıb.
Mütəxəssislərin qənaətinə görə, tapılan nümunələr gündəlik məişətdə işlədilən qablarla yanaşı, həm də bayramlarda və digər xüsusi mərasimlərdə istifadə olunan müxtəlif çeşidli qab-qacaq dəstlərindən ibarətdir ki, bu da dövrümüzədək gəlib çatan gözəl süfrə adət-ənənələrimizin göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info