“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
Tarix: 13.12.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


“UNEC-dən dünyaya” – tələbələr danışır...

UNEC-də yeni layihəyə start verilib. “UNEC-dən dünyaya” adlanan yeni layihənin məqsədi UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə proqramları və əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini xaricdə davam etdirən tələbələri tanıtmaqdır. Eyni zamanda həmin tələbələrin proqram çərçivəsində təhsil aldıqları universitet barədə fikirlərini ictimaiyyətlə bölüşməkdir. Layihədə ikili diplom və mübadilədə iştirak edən UNEC tələbələrinin müsahibələri təqdim olunacaq. Layihənin ilk müsahibi UNEC-in magistri Fidan Qurbanovadır. F.Qurbanova UNEC Biznes Məktəbində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə MBA təhsili alır. O, Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində Almaniyanın Siegen universitetində mübadilədə iştirak edir. “UNEC NEWS” Fidan Qurbanova ilə müsahibəni təqdim edir:

- Fidan, mübadilə proqramında niyə məhz Almaniyanın Siegen Universitetini seçdiniz?

- Düzünü deyim, mübadilə proqramlarının hər birinə baş vurmuşdum. Fərqli səbəblərə görə bir çoxundan kəsildim. Yalnız Almaniya universitetindən qəbul aldım. Təqaüdlə təhsil almaq istəyirdim deyə Erasmus+ proqramına ərizə vermişdim, Almaniya isə təqaüd verirdi. İndi deyirəm nə yaxşı ki, Almaniyadan qəbul aldım. Alman dilini öyrənirəm, ingilis dilimi mükəmməlləşdirirəm. Burada insanlar çox səbrli, mədəni, yardım etməyi sevəndir. Türklər çoxdur, bu da üstünlükdür. Biz buraya gəldikdə yataqxanaya əvvəlcədən müraciət etməli olduğumuzu bilmirdik. Türklərlə münasibətlər bizə yaşayış yerini daha rahat tapmaqda kömək oldu. Çox güman ki, Siegenə gəlmək istəyən tələbələr üçün video çəkib “Youtube”a yerləşdirəcəm. Seçimləri məhz Siegen Universiteti olsun.

- UNEC-lə Siegen Universitet arasında oxşarlıq və fərqliliklər varmı?

- Hər iki universitetdə təhsil səviyyəsi çox yaxşıdır. Amma UNEC-də müxtəlif dillərdə təhsil almaq imkanını həm fərqlilik, həm də üstünlük kimi qeyd edə bilərəm. Siegen Universitetində isə 90 faiz tədris alman dilindədir. Burada ödənişsiz dil kursları da var və kredit verir. Dərslərə gəlincə, Siegendə dərsdə istənilən şəxs iştirak edə bilər, sadəcə imtahan vermək üçün professor mütləq tələbənin adını qeyd etməlidir və ya tələbələr online qeydiyyatdan keçməlidir. UNEC Biznes Məktəbində olduğu kimi, imtahana hansı suallar düşəcək, necə düşəcək bilinmir. Hər kəsin imtahan qiyməti isə şəxsən özünə deyilir. Dərs müddəti 3 saat yazılıbsa, professor və tələbə məcbur deyil ki, həmin 3 saatı auditoriyada otursun. Professor 2 saata da dərsi bitirə bilər. Əsas olan keyfiyyətdir kəmiyyət deyil. Bizdəki qaydanı isə heç sevmirəm. Mənə görə, vaxt itkisidir. Təəssüf ki, bizdə həmin qaydanı hələ ki, tətbiq etmək olmaz, çünki bir nəfər yaxşı oxuyan tələbə ilə hamı dostlaşıb notları alar və dərsə gəlməzlər. Burda isə müşahidələrimə görə, bir nəfərin ən çox 2 dostu olur.

- Tədris prosesindən razısınızmı və sizin üçün yeni olan nədir?

- Siegen Universitetində yalnız dil kurslarında qaib məsələsi var. Digər dərslərdə isə professor üçün maraqlı deyil kim dərsdədir, kim yox. Dərsə gəlməyən özü itirir. Çünki tələbələr notları bir-birlərinə vermirlər və məcburən dərsdə iştirak etmək lazım olur. Professor dərsdə imtahana düşə biləcək hissələrə aid əlavə notlar verə bilər, müəyyən hissələri vurğulaya bilər. Burada qaib məsələsi olmasa da dərsdə könüllü şəkildə bir çox tələbələr iştirak edir.

- Tələbə-müəllim münasibətləri necə qurulub?

- Demək olar ki, UNEC-dəki kimidir. Fərq ondadır ki, professorlar hər həftə dərs materialı göndərmir. Link olur, dərs materiallarını oraya yükləyirlər və tələbələr bütün kurs materialını əvvəlcədən oradan götürə bilir. Bəzi müəllimlər isə dərslərdə bölüşəcəyi əsas məqamlara məxfilik qoyur. Siegendə istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur. Bir qızıl qayda var: “Nə edirsən et, yanındakı dostunu narahat etmə, dərsə qulaq asmağına mane olma”. Tələbəyə hörmətlə yanaşırlar, sual verdikdə təşəkkür edən belə olur və ilk dəfə bu, mənim üçün çox təəccüblü idi, burada isə normal haldır.

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Dərs oxumağı sevdiyim üçün boş vaxtlarımda dərslərimlə məşğul oluram. Siegenin təbiəti gözəldir, hərdən gəzintiyə çıxıram, başqa şəhərlərə, ölkələrə səyahət edirəm.

- Mübadilədə iştirak etmək istəyən tələbələrə tövsiyəniz...

- 10 avrolarından keçib əvvəlcədən yataqxanaya müraciət etsinlər. Onlara online forma göndəriləcək onu doldursunlar. Erasmus+ tələbələrinə xüsusi üstünlük veriləcək. Siegenə gəlmələrinə 1 ay qalmış müraciətlərinə cavab gəlməsə, deməli problem var. Ona görə də işi şansa buraxmaq olmaz, əlavə stressdir. Dərslərə görə narahat olmasınlar, burada “learning agreement”ə düzəliş etmək olur. Özləri ilə pasport şəkli gətirsələr pis olmaz. Hə, bir də onu qeyd edim ki, alman malları burada ucuzdur.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info