Avropa ölkələrinin neonatoloqları Bakıda toplaşıblar
Tarix: 12.07.2013 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


İyulun 12-də Bakıda I beynəlxalq neonatoloji konqres öz işinə başlayıb.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tədbirdə yerli neonatoloqlarla yanaşı, Almaniya, Norveç, Türkiyə, İtaliya, Finlandiya və digər ölkələrdən 250-dən artıq mütəxəssis iştirak edib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Avropa Neonatoloqlar Birliyi arasında əldə olunmuş razılaşmaya əsasən, keçirilən bu beynəlxalq tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib.
Konqresdə Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatrlar Birliyinin prezidenti Nəsib Quliyev çıxış edərək diqqəti Azərbaycanda son 10 il ərzində səhiyyə sahəsində görülən işlərə yönəldib. Bildirib ki, Azərbaycan səhiyyəsi inkişaf və yüksəliş dövrünü yaşayır. Son 10 ildə ölkəmizdə 500 tibb müəssisəsi inşa edilmiş və ya əsaslı təmir olunub. Bu tibb müəssisələrinin hamısı Avropa standartlarına uyğun avadanlıqlarla təchiz edilib.
Respublikanın baş pediatrı Azərbaycanda fəaliyyət göstərən bütün uşaq tibb müəssisələrinin tam təmir edildiyini diqqətə çatdırıb. Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə Azərbaycan səhiyyəsindəki yeniliklərdən, ana və uşaqların sağlamlığının qorunması məqsədi ilə həyata keçirilən dövlət proqramlarından söz açıb. Bildirib ki, ölkəmizdə son illərdə körpə ölümü 10,8, ana ölümü isə 14,9 promilliyə qədər enib. Azərbaycanda əhalinin artım tempindən danışan E.Ağayev deyib ki, 2012-ci ildə körpələrin sayı 173 mindən artıq olub. Bu da ötən illərlə müqayisədə xeyli artım deməkdir.
Nazir müavini ilin sonunadək Azərbaycanda 200 min kvadratmetrdən artıq tibb müəssisəsinin istifadəyə veriləcəyini də diqqətə çatdırıb. Ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması sahəsində görülən işlərdən danışan Milli Məclisin deputatı İlham Məmmədov da tibb sahəsində bu cür tədbirlərin keçirilməsinin gələcək uğurların təməli ola biləcəyini vurğulayıb. Avropa Neonatoloqlar Birliyinin baş katibi Murad Yurdakök konqresin keçirilməsində Azərbaycan Səhiyyə Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və neonatologiyanın aktual problemlərinin həlli üçün belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Sonra konqresin plenar iclasları başlayıb. İyulun 13-dək davam edəcək iclaslarda neonatologiyanın aktual problemlərinə həsr olunan məruzələr dinləniləcək və təcrübə mübadiləsi aparılacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info